Icma.az
close
up
RU
Lankaran Springs Wellness Resort Şəfa və komfort bir arada

Lankaran Springs Wellness Resort Şəfa və komfort bir arada

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lankaran Springs Wellness Resort təbiətin bəxş etdiyi şəfa mənbələrini müasir tibbi yanaşma ilə birləşdirən unikal sağlamlıq və istirahət mərkəzidir. Lənkəranın mülayim iqlimi, zəngin yaşıllığı və mineral suları bu məkana xüsusi dəyər qatır.

Lankaran Springs Wellness Resort-un fəaliyyətində əsas yerlərdən birini tutan sağlamlıq mərkəzi çoxsaylı sağlamlıq problemlərinin profilaktikası müalicəsi məqsədilə yaradılıb və burada hər bir qonağa fərdi yanaşma tətbiq olunur. Tibbi xidmətlər ixtisaslaşmış həkimlər tərəfindən həyata keçirilir, ilkin müayinə və konsultasiyalardan sonra qonağın sağlamlıq vəziyyətinə uyğun proqram tərtib edilir. Müasir tibbi avadanlıqlar, fizioterapiya və reabilitasiya imkanları sağlamlığın mərhələli şəkildə bərpasına şərait yaradır.

Hotelin əsas üstünlüklərindən biri isə İstisu termal sularıdır. Lənkəran bölgəsinin təbii sərvəti olan bu mineral sular balneoloji xüsusiyyətləri ilə seçilir və uzun illərdir sağlamlıq məqsədilə istifadə olunur. Qonaqların fərqli sağlamlıq ehtiyaclarını nəzərə alaraq Lankaran Springs Wellness Resort-da üç əsas tibbi paket təklif olunur.

Standart tibbi paket sağlamlığını qorumaq, gündəlik stresdən uzaqlaşmaq və bədənini dincəltmək istəyən qonaqlar üçün nəzərdə tutulub. Bu paket çərçivəsində ilkin tibbi müayinə aparılır, İstisu termal vannaları və yüngül fizioterapiya prosedurları tətbiq olunur. Standart paket ümumi bərpa və rahatlama üçün ideal seçim hesab olunur.

Xüsusilə oynaq, sümük-əzələ sistemi problemləri və xroniki ağrılardan əziyyət çəkən qonaqlar üçün Artroz tibbi paketi təklif edilir. Bu paketdə daha ətraflı tibbi baxış aparılır, müalicə proqramı fərdi şəkildə tərtib olunur. İstisu termal sularının balneoloji təsiri, fizioterapiya və reabilitasiya prosedurları oynaq hərəkətliliyinin yaxşılaşmasına, ağrıların azalmasına və həyat keyfiyyətinin yüksəlməsinə yönəlir.

Daha geniş tibbi yanaşma və maksimum komfort axtaranlar üçün isə nəzərdə tutulan Premium tibbi pakedir. Bu paket kompleks tibbi müayinələri, fərdi müalicə proqramlarını, balneoterapiya, fizioterapiya və wellness prosedurlarını özündə birləşdirir. Premium paket həm fiziki sağlamlığın bərpasına, həm də psixoloji rahatlığın təmin edilməsinə xidmət edir.

Lankaran Springs Wellness Resort Hotelində təqdim olunan tibbi paketlər İstisu termal sularının təbii müalicəvi gücü və peşəkar tibbi yanaşma ilə vəhdət təşkil edərək qonaqlara sağlam həyat tərzinə doğru etibarlı addım atmaq imkanı yaradır. Bu məkan istirahəti sağlamlıqla birləşdirmək istəyən hər kəs üçün ideal seçimdir.

Tibbi paketlərlə tanış olmaq və rezervasiya üçün www.lankaransprings.az saytına müraciət edə bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Dekabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri