Icma.az
close
up
RU
“Whatsapp” qrupunda iş yoldaşlarını söyən qadın CƏRİMƏLƏNDİ

“Whatsapp” qrupunda iş yoldaşlarını söyən qadın CƏRİMƏLƏNDİ

Icma.az bildirir, Lent az portalına istinadən.

Tovuzda qadın “Whatsapp” qrupunda iş yoldaşlarını təhqir edib.

Lent.az xəbər verir ki, 31 yaşlı Gülnar Hacıyeva (ad və soyad şərtidir) ilə gözəllik salonunda işləyən digər həmkarları arasında mübahisə yaranıb. Mübahisə zamanı Gülnar özünün, salonun sahibinin və digər iki qadının olduğu “Whatsapp” qrupunda sahibkarı söyüb.

Bu əməlinə görə, Gülnar polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Gülnar Hacıyevanın sözlərinə görə, salonun sahibi iş yerində onunla kobud danışaraq müştərilərinin onlara mane olduğunu deyib. Hadisə olan günü axşam zərərçəkən sahibkar ona zəng edərək danlayıb, Gülnar söz demək istəyəndə isə telefonu söndürüb. Buna görə də Hacıyeva  “Whatsapp” qrupunda salonun sahibini və digər iki xanım əməkdaşı söyüb. O, bu əməlini həmin qadınların birləşərək onu işdən çıxarmaq istədikləri üçün etdiyini bildirib.

Gözəllik salonunun zərərçəkən sahibi isə ifadəsində bildirib ki, işçilər arasında mübahisə olduğu üçün axşam Gülnarla danışaraq iradını çatdırıb və bunlara son qoymasını istəyib. Gülnar da “Whatsapp” qrupunda onu və digər iki qadını təhqir edib. Zərərçəkən şikayətçi olduğunu və Gülnar barəsində ağır inzibati tənbeh tədbiri görülməsini istədiyini qeyd edib.

Məhkəmənin qərarı ilə G. Hacıyeva 500 manat məbləğində inzibati qaydada cərimələnib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 May 2026 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri