“WhatsApp” uşaqlarla bağlı belə qərar verdi KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
“WhatsApp” messenceri kiçik yaşlı uşaqlar üçün valideynlər tərəfindən idarə olunan xüsusi hesabları tətbiq etməyə başlayıb.
KONKRET.az xəbər verir ki, “GSMArena” portal məlumat yayıb.
Yeni funksiya xidmətdən istifadəni yalnız mesajlaşma və zənglərlə məhdudlaşdırmağa imkan verir. Valideynlər uşağın hesabı üzərində tam nəzarətə sahib olacaq, o cümlədən onunla kimin əlaqə saxlaya biləcəyini və hansı qruplara daxil ola biləcəyini müəyyən edəcəklər.
Həmçinin tanımadığı kontaktlardan gələn mesaj sorğularına baxmaq və məxfilik parametrlərini idarə etmək imkanı da nəzərdə tutulub; idarəetməyə giriş isə altı rəqəmli valideyn PİN-kodu ilə qorunur.
Funksiya bütün dünyada mərhələli şəkildə yayıldığı üçün ona giriş tədricən aktivləşə bilər. Aktivləşdirmə üçün uşağın cihazına “WhatsApp” quraşdırmaq, qeydiyyat zamanı “Valideyn tərəfindən idarə olunan hesab yarat” bəndini seçmək, telefon nömrəsini və doğum tarixini təsdiqlədikdən sonra uşağın profilini QR-kod vasitəsilə öz hesabınıza bağlayaraq PİN-kod təyin etmək lazımdır.
Xatırladaq ki, “WhatsApp” mətn mesajları mübadiləsi, səsli və video zənglər etməyə, həmçinin faylları ötürməyə imkan verən beynəlxalq messencerdir./publika
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 12 Mart 2026 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















