Icma.az
close
up
RU
“WhatsApp”da illərdir gözlənilən yenilik

“WhatsApp”da illərdir gözlənilən yenilik

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Bəzən elə olur ki, kiməsə mesaj yazmaq istəyirsiniz, amma onu məhz müəyyən saatda göndərmək lazımdır. "WhatsApp" bu problemi aradan qaldıracaq yeni funksiyanı istifadəyə verməyə hazırlaşır. Artıq mesajları əvvəlcədən yazıb, onların göndəriləcəyi vaxtı təyin etmək mümkün olacaq.

“Yeni Sabah” xəbər verir ki, "WhatsApp" istifadəçilərin uzun müddətdir gözlədiyi mesaj planlaşdırma funksiyasını təqdim edib. 

İstifadəçilər mesajların göndərilmə vaxtını ən azı 10 dəqiqə, ən çoxu isə 14 gün əvvəldən təyin edə biləcəklər. Online shopping Azərbaycan

“Planlaşdırılmış mesajlar” adlanan yenilik həm şəxsi, həm də qrup yazışmalarında işləyəcək. WhatsApp bu funksiyanın istifadəçilər tərəfindən ən çox istənilən yeniliklərdən biri olduğunu bildirib. Yeni funksiyadan istifadə etmək üçün əlavə bölməyə keçməyə ehtiyac yoxdur.

Bunun üçün istifadəçi istədiyi yazışmanı açmalı, göndərmək istədiyi mətni yazmalı və ya foto, video seçməlidir. Daha sonra göndərmə düyməsini basıb saxlamalıdır. Açılan pəncərədə mesajın göndəriləcəyi tarix və saat seçilir. Bundan sonra mesaj müəyyən edilmiş vaxtda avtomatik göndərilmək üçün növbəyə əlavə olunur.

İstifadəçilər əvvəlcədən təyin etdikləri bütün mesajları vahid siyahıda görə, istədiklərini isə göndərilmə vaxtı çatmamış silə biləcəklər. İlk mərhələdə yeni funksiya mətn, foto və video göndərişlərini dəstəkləyəcək. Səsli mesajların, sənədlərin və məkan məlumatlarının da bu xüsusiyyətə daxil edilib-edilməyəcəyi barədə məlumat verilməyib.

Məsələn, gecə saat 23:00-da yadıma düşən təbrik mesajını səhər göndərilmək üçün əvvəlcədən hazırlamaq mümkün olacaq.

Eyni zamanda, xaricdə yaşayan dostunuza onun ölkəsində gecə saat 00:00-da çatacaq doğum günü mesajı da təyin edə biləcəksiniz.

"WhatsApp"ın açıqlamasına görə, telefon bağlı olsa və ya enerji yığımı tam bitsə belə, əvvəlcədən təyin edilmiş mesaj nəzərdə tutulan vaxtda qarşı tərəfə çatacaq. Bundan başqa, planlaşdırılmış mesajlar da digər şəxsi yazışmalar kimi başdan-başa şifrələnəcək.

Mesajı qəbul edən şəxs üçün isə heç bir fərq olmayacaq. Belə mesajlar adi yazışma kimi görünəcək və onların əvvəlcədən hazırlandığını göstərən hər hansı işarə olmayacaq.

Şirkət yeniliyin qarşıdakı həftələrdə mərhələli şəkildə bütün dünyada istifadəyə veriləcəyini açıqlayıb. Azərbaycanda istifadəyə başlanacağı dəqiq tarix hələ açıqlanmayıb. Bununla belə, qlobal yayım çərçivəsində funksiyanın ölkəmizdəki istifadəçilər üçün də əlçatan olacağı gözlənilir.

Əsmətxanım Rzazadə 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Noyabr 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see466

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see373

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see370

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see342

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see339

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see329

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see329

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see325

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see321

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see306

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see298

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see295

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see280

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see280

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see272

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see267

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see266

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see264

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri