Zaur İsayev:Təhsil sistemində dəyişikliklərə vaxt lazımdır
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Təhsil adaptiv və uzunmüddətli prosesdir. Bu sahədə dəyişikliklərin nəticə verməsi üçün zamana ehtiyac var”.
Bakıvaxtı.az xəbər verir ki, bunu riyaziyyat dərslikləri layihəsinin rəhbəri və həmmüəllifi Zaur İsayev jurnalistlər üçün təşkil olunan təlim-müzakirə sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, təhsil sistemində innovativ və oxuyub-anlama bacarıqlarını əsas götürən qiymətləndirmə mexanizmlərinə mərhələli keçid prosesi gedir.
Zaur İsayevin sözlərinə görə, oxuyub-anlamaq mətndəki ayrı-ayrı söz və cümlələri başa düşməklə məhdudlaşmır. Bu bacarıq oxunan mətndən düzgün nəticə çıxarmağı, faktları təhlil etməyi və mühakimə yürütməyi nəzərdə tutur.
O, informativ mətnlərdəki faktlar əsasında nəticə çıxarmağın bu bacarığın qiymətləndirilməsində mühüm yer tutduğunu söyləyib.
Həmmüəllif təhsil sistemindəki dəyişikliklərin qarşısında müəyyən çətinliklərin olduğunu da diqqətə çatdırıb. Onun fikrincə, uzun müddət əvvəlki təhsil sistemi əsasında formalaşmış müəllimlərin yeni yanaşmalara uyğunlaşması vaxt tələb edir. Bu prosesdə dəyişikliklərə hazır olmamaq, potensial və yaşla bağlı amillər də rol oynaya bilər.
Zaur İsayev əlavə edib ki, təhsil sisteminin yenilənməsi istiqamətində proses davam edir, lakin cəmiyyətin bu dəyişikliklərə uyğunlaşması üçün zamana ehtiyac var.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 26 Noyabr 2026 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















