Icma.az
close
up
RU
Sərdar Cəlaloğlunun Rauf Arifoğludan fərqi üzə çıxdı TƏHLİL

Sərdar Cəlaloğlunun Rauf Arifoğludan fərqi üzə çıxdı TƏHLİL

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər kəsə aydın olan reallıq ondan ibarətdir ki, dağıdıcı müxalifətin ölkəmizdə təxribatlar törətmək, görülən fundamental sosial, iqtisadi, hərbi, siyasi uğurları heçə endirmək cəhdləri uğursuzluğa düçar olub. Bu da onların xaricdəki anti-Azərbaycan qüvvələrin gözündən düşmələrinə gətirib çıxarıb. Təbii ki, nəzərdən düşmələri dağıdıcı ünsürlərin böyük həcmdə maliyyə yardımlarından məhrum olunmaları deməkdir. Bu baxımdan daha pozucu və imkansız görünən təxribatlarla gündəmə gəlməyə və diqqət mərkəzinə çevrilməyə çalışırlar. Məhz bu cür iyrənc hədəflərə çatmaq istəyi ilə AXCP sədri Əli Kərimli Rusiyanın müəyyən dairələrinin tapşırığı əsasında ölkəmizdə dövlət çevrilişi etməyə cəhdlər göstərib. Ancaq niyyəti baş tutmadı və böyük ağası hesab edilən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə birlikdə ifşa olunaraq həbs edildi. Ümumilikdə isə bu insanlar məkrli niyyətlərini başqalarının dəstəyi ilə reallaşdırmağa can atmağa öyrəncəlidirlər. Hələ ötən əsrin 90-cı illərin əvvələrində AXC-Müsavat cütlüyü hakimiyyəti zəbt edərkən utanıb-çəkinmədən iqtidara kənar qüvvələrin dəstəyi ilə gəldiklərini böyük həvəslə dilə gətirirdilər. Müsavatın keçmiş başqanı Arif Hacılı 1992-ci ildə AXC-Müsavat cütlüyü hakimiyyətə gələn zaman mətbuata verdiyi açıqlamalarında, eləcə də ictimaiyyət qarşısında çıxışlarında bildirmişdir ki, “biz 9 ölkənin razılığı ilə hakimiyyətə gəlmişik, bu baxımdan heç bir qüvvə bizi devirə bilməz”. Lakin “el gücü sel gücüdür” məsəlinə uyğun olaraq xalqın gücü və birliyi 9 ölkənin razılığı ilə formalaşan AXC-Müsavat iqtidarını tarixin zibilliyinə göndərdi. Bu gün də dağıdıcı ünsürlərin kostyumları dəyişsə də, simaları və təfəkkürləri dəyişməyib. Hələ də Avropanın, fars-molla rejiminin, eləcə də Rusiyanın məkrli dairələrinin dəstəyi ilə ölkədəki ictimai-siyasi sabitliyi pozaraq, hakimiyyətə gəlmək arzusundadırlar. Lakin onların arzuları gözlərində qalır. Ramiz Mehdiyev-Əli Kərimli cütlüyünün hakimiyyəti dövlət çevrilişi yolu ilə ələ keçirmək arzuları da iflasa uğradı. Artıq Ramiz Mehdiyev Məhkəmənin ədalətli hökmü əsasında layiq olduğu cəzanı alıb. Ə.Kərimlinin isə hazırda məhkəməsi keçirilir.

Eldar Namazov, Sərdar Cəlaloğlu və Rauf Arifoğlu ifadələrində Əli Kərimlinin onlarla dövlət çevrilişi mövzusunda söhbətlər etdiklərini söyləyiblər

Məhkəmə prosesində diqqətçəkən məqam ondan ibarətdir ki, bir zaman Ə.Kərimli ilə eyni maraqları və eyni yolu bölüşən müxalifətçilərin şahid qismində təqsirləndirilən şəxsi fakt qarşısında qoymalarıdır. Belə ki, vaxtilə Milli Şurada təmsil olunan və qurumun təsisçilərindən olmuş Eldar Namazov, ADP funksioneri Sərdar Cəlaloğlu, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu şahid qismində ifadələrində Əli Kərimlinin onlarla dövlət çevrilişi mövzusunda söhbətlər etdiklərini söyləyiblər. Hətta S.Cəlaloğlu internet TV-lərin birinə verdiyi müsahibəsində etirafa edib ki, o, Ə.Kərimli ilə bağlı məhkəmədə ifadə verdiyi zaman Ə.Kərimlinin ağlamsındığını müşahidə edib: “Yəqin ki, sözlərim təsirli oldu. Ona görə də, o ağladı”.

S.Cəlaloğlu müxalifətçi kimi özündən “qəhrəman” obrazı da formalaşdırmağa can atıb. Bildirib ki, yeganə müxalifətçidir ki, məhkəmədə Ə.Kərimlinin əleyhinə ifadə verməyib. Halbuki, istintaqa verdiyi ifadəsində S.Cəlalaoğlu Ə.Kərimlinin dövlət çevrilişi etmək üçün R.Mehdiyevlə sövdələşmələrə getdiyini eşitdiyini bildirib. Onu da qeyd edib ki, dövlət çevrilişi planında iştirak etmək üçün ona da təklif göndərilib, lakin o, bu təklifi rədd edib. R.Arifoğlu isə S.Cəlaloğlundan fərqli olaraq, “açıb sandığı, töküb pambığı”. O, Ə.Kərimli ilə aralarında dövlət çevrilişi ilə bağlı aparılan gizli söhbətləri, müzakirələri detallı şəkildə cəmiyyətə açıqlayıb.Yəni mərd-mərdanə olanları dilə gətirib. Təbii ki, bu mövqe alqışa layiqdir. Ən azı ona görə ki, R.Arifoğlu üzdə bir söz, arxada başqa bir fikir söyləyənlərdən olmadığını nümayiş etdirib. Digər tərəfdən R.Arifoğlu Ə.Kərimli, R.Mehdiyev kimilərinin Kremlin sifarişi əsasında ölkəmizdəki mövcud ictimai-siyasi sabitliyin pozularaq, yenidən ötən əsrin 90-cı illərindəki xaos və anarxiyanın yaşanmasını qəbul etməyib. Bir növ vicdanı buna yol verməyib və əsl vətəndaşlıq mövqeyindən çıxış edərək, Ə.Kərimlinin məkrli planlarının ifşa edilməsində hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edib. Bu fədakarlıqla barışa bilməyən Ə.Kərimlinin trolları gecə-gündüz R.Arifoğlu haqqında sosial şəbəkələrdə aşağılaycı statuslar yazır və videolar paylaşırlar. Bununla bir daha özlərini cəmiyyətin gözündən salmış olurlar.

Rauf Arifoğlu hücumları cavabsız qoymayıb. Tutarlı, məntiqli yanaşmaları ilə ƏKərimlinin trol sürüsünü susdurmağa çalışıb. Rauf Arifoğlu Əli Kərimli həbs olunan gün istintaqa dəvət olunduğunu və ifadə verdiyini diqqətə çatdırıb: "Mən Əli Kərimlinin məhkəməsində şahid qismində ifadə verdim. Təxminən bir saat davam edən prosesdə həm vəkillərin, həm prokurorun, həm də hakimin çoxsaylı suallarını cavablandırdım. İfadəmin hər sözünün arxasındayam. Nə istintaqa, nə də məhkəməyə yalan danışmışam.Danışdıqlarımın hamısı şəxsən şahidi olduğum hadisələrə, iştirak etdiyim proseslərə, üzbəüz söhbətlərə və illər əvvəl ictimailəşdirdiyim faktlara əsaslanır".

Rauf Arifoğlu: "Sərdar Cəlaloğlunun ifadəsi Əli Kərimlinin xeyrinə deyil"

R.Arifoğlu ADP funksioneri S.Cəlaloğlunu da ifşa edib. Bildirib ki, ondan əvvəl Sərdar Cəlaloğlu, Eldar Namazov və digər şəxslər də ifadə veriblər: "Onlar da Milli Şura layihəsi əleyhinə ifadə veriblər. Heç birinin də ifadəsi Əli Kərimlinin xeyrinə deyil. Hətta Kərimlinin öz yaxını, adamı sayılan Fuad Qəhrəmanlının ifadəsi Əli Kərimli üçün öldürücü sübut növüdür”.

Rauf Arifoğlu qeyd edib ki, Əli Kərimlinin özünə də replika verdim. Ona xəbərdarlıq etdim ki, yerində sakit oturmasa, ifadəm daha da dərinləşə bilər. Danışdıqlarım şahidi olduğum hadisələrin, bildiyim proseslərin yalnız müəyyən hissəsidir. Və bütün məsuliyyətimlə bildirirəm: istintaqa verdiyim ifadədə də, məhkəmədə söylədiklərimdə də bircə yalan yoxdur".

Rauf Arifoğlu məqaləsində habelə vurğulayıb ki, onun məhkəmədə söylədikləri heç də yeni məlumatlar deyil: "Bu barədə ilk dəfə 2013-cü ildə açıq danışmışam, yazmışam, çoxsaylı müsahibələr vermişəm. Həmin dövrdə Moskvada formalaşdırılan Milli Şura layihəsini Azərbaycanın siyasi həyatına kənardan müdaxilə cəhdi kimi qiymətləndirmişəm. Əli Kərimlinin bu modelə sahiblənməsini, onu Azərbaycan müxalifətinə calaq etməsini, həmin layihənin aparıcı iştirakçılarından birinə çevrilməsini sərt tənqid etmişəm, onu açıq şəkildə dövlətə, vətənə xəyanətdə ittiham etmişəm. 12-13 il öncədən! Bəli, mən o zaman bu prosesə siyasi baxımdan vətənə xəyanət kimi qiymət vermişdim. Bu, mənim həmin dövrdə də açıq ifadə etdiyim mövqeyim idi və bu gün də ondan imtina etmirəm.

R.Arifoğlu onu "üzəduranlıqda" ittiham edənlərə sual da ünvanlayır: “Əgər mən bu gün yalan danışıramsa, 2013-cü ildə nə edirdim? 2019-cu ildə, Əli Kərimlinin həbsindən altı ildən çox əvvəl həmin faktları niyə açıq müsahibədə səsləndirmişdim? Kimsə də ittihamlarımı təkzib etməyib, yalanlamayıb.O zaman nə bu cinayət işi vardı, nə indiki məhkəmə, nə də mənim şahid qismində dindirilməyim. Mən bunları on ildən də çoxdur açıq deyirəm. Öz imzamla, öz səsimlə, öz üzüm və reputasiyamla".

Rauf Arifoğlu Ə.Kərimlinin vəkillərinin, həmçinin sosial şəbəkələrdə ona ünvanlanmış "Milli Şuranın Rusiyada hazırlanmış layihə olduğunu düşünürdüsə, əgər Əli Kərimli ilə söhbətlərinizdə dövlət çevrilişinə hazırlıq kimi qiymətləndirdiyi məqamlar vardısa, niyə vaxtında hüquq-mühafizə orqanlarına müraciət etməyib?" sualına da cavab verib: "Bu sualı müxtəlif formalarda dəfələrlə verdilər. Mən də hər dəfə eyni mahiyyətdə cavablandırdım. Mən bu barədə açıq media resurslarında 2013-cü ildən başlayaraq yazmışam. Sonrakı illərdə də dəfələrlə danışmışam. Televiziya efirlərində, videomüsahibələrdə açıqlamalar vermişəm. 2019-cu ildə isə bütün bu prosesləri geniş müsahibədə, demək olar, bir siyasi epopeya şəklində ictimailəşdirmişəm”.

Bir sözlə, hər şey aydındır. Çünki çoxları Ə.Kərimlinin məkrli planlarından məlumatlı olub. Bəzilərinə isə, Ə.Kərimli özü məlumat çatdırıb və əməkdaşlıq təklif edib. İndi isə ədalət çarmıxı qurulduğundan Ə.Kərimli olanları danmağa və özünü süddən çıxan qaşıq kimi göstərməyə çalışır. Bu fəaliyyətdə ona trolları da dəstək verməyə çalışırlar. Lakin qanun, qanundur. Çinayət törədilibsə, ona mütləq hüquqi qiymət verilməlidir. Ə.Kərimli də cəzadan xilas ola bilməyəcək və R.Mehdiyevin aqibətini yaşayacaq.

İ.ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Noyabr 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see466

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see373

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see370

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see342

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see339

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see329

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see329

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see325

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see321

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see306

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see298

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see295

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see280

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see280

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see272

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see267

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see266

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see264

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri