Icma.az
close
up
RU
“WhatsApp”da yeni fırıldaq dalğası: Etibar etdiyiniz nömrə hesabınızı ələ keçirə bilər

“WhatsApp”da yeni fırıldaq dalğası: Etibar etdiyiniz nömrə hesabınızı ələ keçirə bilər

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elvin Abbasov: “Hakerlər fişinq linkləri ilə həm “WhatsApp”, həm də bank məlumatlarını ələ keçirirlər”



Son zamanlar “WhatsApp” istifadəçilərinə qarşı həyata keçirilən kiberdələduzluq halları artıb. Fırıldaqçılar tanış və ya tamamilə bilinməyən nömrələrdən istifadə edərək insanlara şübhəli keçidlər göndərir, onların etibarını qazanmağa çalışırlar. Bu keçidlər vasitəsilə istifadəçilərin hesablarına icazəsiz giriş cəhdləri edilir. Dələduzların əsas məqsədi “WhatsApp” hesablarını ələ keçirərək vətəndaşların şəxsi məlumatlarını, eləcə də maliyyə vəsaitlərini əldə etməkdir.

Elektron Təhlükəsizlik Xidməti “WhatsApp” hesablarının  təhlükədən qorunması ilə bağlı vətəndaşlara xəbərdarlıq edib: “Kiberdələduzlar bu üsuldan istifadə edərək vətəndaşlara SMS vasitəsilə göndərilən təsdiqləmə (OTP) kodlarını ələ keçirməyə çalışırlar. Bu kodlar paylaşıldığı halda istifadəçilərin “WhatsApp” hesabları oğurlanır. Daha sonra onların adından yaxınlarına saxta mesajlar göndərilir. Beləliklə, həmin şəxslərin maliyyə vəsaiti və şəxsi məlumatlarının ələ keçirilməsinə cəhdlər edilir”.

ETX vətəndaşlara bu kimi hallara qarşı diqqətli olmağı, həmçinin hesablarının qorunması üçün aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edib. Qeyd edilib ki, vətəndaşlar “WhatsApp” hesablarını qorumaq üçün diqqətli olmalı, tanımadıqları nömrələrdən gələn linklərə girməməli, tətbiqləri yalnız rəsmi mənbələrdən, "Google Play" və ya "App Store"dən yükləməli, OTP və təsdiqləmə kodlarını heç kimlə paylaşmamalıdırlar. Qurum həmçinin hesabların təhlükəsizliyini artırmaq üçün ikimərhələli təsdiqləmənin aktiv edilməsini, şübhəli hallarda “WhatsApp”ın dəstək xidmətinə müraciət edilməsini, profil məlumatlarının yalnız kontaktlara görünəcək şəkildə məhdudlaşdırılmasını və yaxınların, xüsusilə yaşlı insanların bu kimi fırıldaqlardan xəbərdar edilməsini tövsiyə edib.

Mütəxəssislər də qeyd edib ki, rəqəmsal təhlükəsizlik qaydalarına əməl etməklə şəxsi məlumatlarınızı və hesablarınızı dələduzların hədəfinə çevrilməkdən qorumaq mümkündür.


Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Sherg.az-a açıqlamasında deyib ki, “WhatsApp” və ya digər anlıq mesajlaşma proqramlarının, həmçinin sosial şəbəkələrin ələ keçirilməsi cəhdləri ölkəmizdə yeni hal deyil.

O, bu halın intensiv olaraq davam etdiyini xatırladıb. Ekspert bildirib ki, bununla bağlı analoji təcrübələr kifayət qədər çoxdur:

seeBaxış sayı:115
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 Oktyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri