“WhatsApp”da yenilik: Bu, icazəsiz mümkün olmayacaq!
News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"WhatsApp" istifadəçilərin məxfiliyini daha da möhkəmləndirəcək.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bunun üçün "söhbət məxfiliyi" təkmilləşdiriləcək. Bununla bir istifadəçinin digərinin söhbətlərini qeyd etməsi və ya göndərməsi prosesinə mane yaradılacaq.
Yenilik istifadəçilərə mesajları üzərində daha çox nəzarət etmək imkanı verir. İstifadəçi bu funksiyanı aktivləşdirərsə, foto və video kimi media faylların avtomatik olaraq başqalarının cihaz qalereyasında saxlanılmasına son qoyulacaq. Həmçinin, istifadəçilərin bütün söhbətlərinin kopyalanaraq başqa yerə göndərilməsinin də qarşısı alınacaq.
Bu tədbirlər istifadəçilərin şəxsi söhbətlərinin digər şəxslər tərəfindən icazəsiz qeydə alınmasını və ya paylaşılmasını mümkünsüz hala gətirəcək.
Qeyd edək ki, bəhs edilən funskiya artıq "WhatsApp"ın beta versiyasında istifadəyə verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 10 Aprel 2025 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















