Icma.az
close
up
RU
Wi Fi siqnalını alüminium folqa ilə gücləndirmək mümkündür? Araşdırma

Wi Fi siqnalını alüminium folqa ilə gücləndirmək mümkündür? Araşdırma

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

İnternet siqnalını artırmaq üçün Wi-Fi routerlərin arxasına alüminium folqa qoyulması üsulu alimlər tərəfindən laboratoriya şəraitində sınaqdan keçirilib. ABŞ-nin "Dartmouth College" mütəxəssislərinin araşdırması bu üsulla bağlı maraqlı faktları ortaya çıxarıb.

Milli.Az xəbər verir ki, araşdırma komandasının rəhbəri dosent Şia Jou bildirib ki, xüsusi proqramla mənzilin quruluşuna uyğun hesablanmış və üzəri alüminium folqa ilə örtülmüş yansıtıcılar:

Wi-Fi siqnalının gücünü hədəflənən istiqamətdə 50% artırır.

İstənməyən sahələrə siqnal sızmasını 75% azaldır.

Bu sistem necə işləyir?
Standart router antenaları siqnalı hər tərəfə bərabər yayır. Antenanın arxasına qoyulan metal səth radio dalğalarını əks etdirərək arxaya gedən enerjini tutub ön tərəfə yönəldir. Lakin bu üsul cihazın ümumi gücünü artırmır, sadəcə mövcud enerjini tək bir nöqtəyə toplayır.

Alimlər xəbərdarlıq edir ki, laboratoriyadakı kimi dəqiq formalı qəliblər əvəzinə evdə əllə bükülən folqalar və ya içki qutuları eyni effekti vermir:

Ev şəraitində adətən siqnal artımı cəmi 10% - 20% arasında qalır.

Routerin üzərini tamamilə folqa ilə örtmək cihazın qızmasına və sıradan çıxmasına səbəb ola bilər.

Beton divarlar və böyük metal əşyalar olan evlərdə bu üsul kifayət qədər təsirli olmur.

Folqa üsulu müvəqqəti kömək etsə də, mütəxəssislər siqnalı gücləndirmək üçün müasir "Mesh" sistemləri, "beamforming" dəstəkli routerlər və ya siqnal genişləndiricilərindən (repeater) istifadə etməyi məsləhət görürlər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Oktyabr 2026 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri