WP Sudan hökumətinin gizli kimyəvi silah ehtiyatlarına malik olduğunu iddia edir
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sudan hökumətinin gizli kimyəvi silah ehtiyatlarına malik ola biləcəyi iddia olunur.
Bu barədə “The Washington Post” (WP) nəşrin əldə etdiyi sənədlərə və videogörüntülərə istinadən yazıb.
Nəşrin iddiasına görə, Sudan hakimiyyəti suyun təmizlənməsi üçün nəzərdə tutulan xlor partiyalarının bir hissəsini hərbi məqsədlərə yönəldib, hərbi bazalarda döyüş başlıqlarının istehsalını gizlədib, ucqar səhra ərazilərində bombaların sınaqlarını həyata keçirib və bu cür silahların istifadə oluna biləcəyi hədəflərin siyahısını hazırlayıb.
WP bildirir ki, Sudan hakimiyyətində kimyəvi silahların mövcudluğuna dəlalət etdiyi iddia edilən materialları nəşrə Yaxın Şərq ölkələrindən birinin təhlükəsizlik xidmətinin nümayəndəsi təqdim edib. Həmin şəxsin isə materialları Sudandakı mənbədən əldə etdiyi bildirilir.
Bununla belə, “The Washington Post” sənədlərin Sudan hökumətinin iddia edilən kimyəvi silah ehtiyatları ilə sonradan necə davrandığı barədə qəti nəticəyə gəlməyə imkan vermədiyini vurğulayıb.
Baxış sayı:175
Bu xəbər 06 Sentyabr 2026 00:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















