Icma.az
close
up
RU
WSJ: “Rusiya atəşkəsdən imtina edir”

WSJ: “Rusiya atəşkəsdən imtina edir”

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin “Wall Street Journal (WSJ)” nəşrinə müsahibəsində belə deyib.
“Biz yalnız tam, hərtərəfli razılaşma əldə etdikdə hərbi əməliyyatları dayandıracağıq. Moskva müharibənin dayandırılması təklifinə böyük ehtiyatla yanaşır. Rusiyanın 2022-ci ilin yazında İstanbulda keçirilən əvvəlki sülh danışıqlarından təcrübəsi var. Onda Moskva və Kiyev sülh sazişi hazırladılar. Rusiya atəşkəs ərəfəsində “xoşməram jesti olaraq” qoşunlarını Kiyev və Çerniqov vilayətlərindən çıxardı. Lakin sonradan Kiyev sülh müqaviləsini imzalamaqdan imtina etdi”, - Andrey Kelin bildirib.
Xatırladaq ki, martın 11-də Səudiyyə Ərəbistanında aparılan danışıqlarda ABŞ Ukraynaya 30 günlük atəşkəs təklif edib. Kiyev buna Moskvanın da belə bir addım atması şərti ilə razılaşıb. ABŞ Prezidenti Donald Tramp bildirib ki, atəşkəs Rusiya üçün də məna kəsb edir, lakin bunun “bir çox mənfi tərəfləri” də var. Bununla belə, o, Rusiya hakimiyyəti üzərində təsir rıçaqlarının olduğunu xatırladaraq, Moskvanın atəşkəsə razılaşacağına ümid etdiyini deyib.
- Mən maliyyə təzyiqinə əl ata bilərəm, bu da Rusiya üçün çox zərərlidir. Amma mən bunu etmək istəmirəm, çünki sülhə nail olmaq istəyirəm”, - ABŞ prezidenti vurğulayıb.
Avropa kəşfiyyatı Putinin niyyətini açıqlayıb Ağ Ev ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun müvəqqəti atəşkəslə bağlı müzakirələr aparmaq üçün Moskvaya getdiyini bildirib. “Bloomberg” nəşrinin yazdığına görə, Uitkoff Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşəcək. Ağ Evin mətbuat katibi Kerolayn Livitt isə bildirib ki, Vitkoffun səfərinin məqsədi Rusiya tərəfi ilə bu məsələdə razılığa gəlməkdir.
Bu arada, “Reuters” agentliyi Rusiyanın ABŞ-yə müharibəni dayandırmaq və Ukrayna ilə sülh bağlamaq tələblərinin siyahısını verdiyini yazıb.
“Bu tələblər Moskvanın əvvəllər Ukrayna, ABŞ və NATO-ya təqdim etdiyi tələblərə bənzəyir. O cümlədən, Kiyevin NATO-ya qoşulmaqdan imtina etməsi və Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməməsi, həmçinin Krımın və Ukraynanın Rusiya tərəfindən ilhaq edilmiş dörd bölgəsinin tanınması onların arasındadır. Amerika və Rusiya tərəfləri son üç həftədir ki, bu tələbləri müzakirə edirlər”, - agentliyin mənbələri iddia ediblər.
Qeyd edək ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov amerikalı blogerlərlə söhbətində Ukrayna ilə bağlı Moskvanın mövqeyini birmənalı şəkildə açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 Mart 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri