Icma.az
close
up
RU
WUF13 çərçivəsində 600 dən çox ağac əkilib

WUF13 çərçivəsində 600 dən çox ağac əkilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 19 mart, AZƏRTAC

Martın 19-da WUF13 Azərbaycan Əməliyyat Şirkəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ekoloji təşəbbüslərin təşviqi məqsədilə Bakı şəhəri Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, aksiyada WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov və ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov, eləcə də, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və könüllülər iştirak ediblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən iştirakçılara ağac əkilməsi qaydaları barədə məlumat verilib.

21 Mart - Beynəlxalq Meşələr Gününə həsr olunan aksiyanın məqsədi ekoloji tarazlığın qorunmasına dəstək olmaq və yaşıllaşdırma təşəbbüslərinə töhfə vermək, həmçinin dayanıqlı şəhər inkişafı və iqlim dəyişiklikləri ilə bağlı görülən işlərə diqqəti cəlb etmək olub.

Aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 625 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Qeyd edək ki, WUF13 çərçivəsində ümumilikdə 5000 ağacın əkilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası bu il mayın 17–22-də Bakı şəhərində keçiriləcək. Dayanıqlı şəhərlərin inkişafına həsr olunan bu mötəbər tədbir şəhərsalma, ətraf mühitin mühafizəsi və iqlim dayanıqlılığı məsələləri üzrə qlobal dialoq və əməkdaşlıq üçün mühüm beynəlxalq platformadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Mart 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see486

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see316

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see252

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see232

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see217

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see216

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see213

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see181

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see178

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see174

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see172

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see170

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see169

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see167

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see166

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see166

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see161

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see157

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see155

Ana və qızı eyni anda məzun oldular: Mən onun qədər çox oxumamışam VİDEO

17 İyul 2026 06:10see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri