WUF13 rəsmisi: Azərbaycan pavilyonuna maraq getdikcə artır
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 20 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində tədbirlərə, xüsusilə Azərbaycan pavilyonuna maraq getdikcə artır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Substantiv Məzmun üzrə şöbə müdiri Cəmilə İsmayılzadə bildirib.
O qeyd edib ki, forum artıq dördüncü gündür davam edir və proqram çərçivəsində bir çox mühüm tədbirlər uğurla təşkil olunub. “İlk gün yağıntılı hava şəraiti olsa da, bütün tədbirlər məzmun baxımından uğurla başa çatdı. Hazırkı günlərdə də iştirakçılıq gözləniləndən yüksəkdir. Hətta BMT tərəfindən də bildirilib ki, həm təşkilati səviyyə, həm tədbirlərin keyfiyyəti, həm də iştirakçı sayı əvvəlki WUF tədbirləri ilə müqayisədə daha yüksəkdir”, - deyə o vurğulayıb.
Cəmilə İsmayılzadənin sözlərinə görə, Azərbaycan pavilyonunda gün ərzində müxtəlif mövzularda sessiyalar keçirilir. Bu tədbirlər şəhərsalma, ekologiya, iqlim dəyişikliyi, yenidənqurma və digər istiqamətləri əhatə edir.
Şöbə müdiri, həmçinin forumda könüllülərin fəal iştirak etdiyini diqqətə çatdırıb: “Könüllülər böyük həvəslə çalışır, qonaqların bütün müraciət və ehtiyaclarına operativ dəstək göstərirlər”.
Cəmilə İsmayılzadə əlavə edib ki, forumun ən intensiv proqramı ilk günlərə təsadüf edib. “Sabah da proqram eyni templə davam edəcək və forumun son gününədək yüksək iştirakçılıq gözləyirik”, – deyə o bildirib.
Müxbir - Pərvanə Qafarova
Fotoqraf - Nicat Həşimov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 20 May 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















