Icma.az
close
up
RU
Hanoy beynəlxalq qida festivalında Azərbaycan pavilyonuna böyük maraq olub AZƏRTAC

Hanoy beynəlxalq qida festivalında Azərbaycan pavilyonuna böyük maraq olub AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pekin, 10 dekabr, AZƏRTAC

Vyetnamın Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Hanoy şəhərində beynəlxalq qida festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalın açılış mərasimində Vyetnam Kommunist Partiyasının Baş katibinin xanımı No Fın Li, Xarici İşlər Nazirliyinin, digər dövlət qurumlarının rəhbər şəxsləri, ölkədəki 40-dan çox diplomatik missiyanın təmsilçiləri, ictimaiyyətin və medianın nümayəndələri iştirak ediblər.

Azərbaycanın Vyetnamdakı səfirliyinin hazırladığı pavilyonda milli suvenirlər, Vyetnam dilində çap olunmuş kitablar, Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama və bu ölkənin lideri Ho Şi Minin 1959-cu ildə Bakıya tarixi səfərlərini özündə əks etdirən fotolar, digər təbliğat materialları nümayiş etdirilib. Bundan başqa, iştirakçılara və qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri (Qarabağ kətəsi, dolma, kabablar, dovğa, şəkərbura, şəkərçörək və s.) təqdim olunub. Tanınmış aşpaz, Dünya Barbekü Assosiasiyasının nufuzlü ekspertlərindən olan həmyerlimiz David İsrafilovun hazırladığı kabab və digər ət yeməkləri böyük maraq doğurub.

Rəsmi açılış mərasimindən sonra xanım No Fın Li rəsmi qonaqlarla birgə Azərbaycan pavilyonunna baş çəkib, milli mətbəximizlə maraqlanıb. O, Azərbaycan mətbəxinin daha çox tanıdılması üçün Vyetnamın müxtəlif bölgələrində keçirilən tədbirlərdə fəal iştirak etməyə və milli mətbəx yerlərinin açılmasına dəvət edib.

Qeyd edək ki, festivalda ən çox ziyarət edilən pavilyonlardan biri Azərbaycana aid olub. Tədbirdə səfirliyimizin tərəfdaşı olan Hanoy Ticarət və Turizm Kollecinin tələbələri Azərbaycan pavilyonununun təşkilinə kömək göstəriblər. Festivalda fəal iştiraka görə səfirliyə festivalının təşkilat komitəsinin rəhbəri adından təşəkkür sertifikatı təqdim olunub. Festival sosial şəbəkələrdə və mediada geniş işıqlandırılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri