Icma.az
close
up
RU
Wuling Azərbaycandan Yeni ildə xüsusi kampaniya

Wuling Azərbaycandan Yeni ildə xüsusi kampaniya

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Wuling" avtomobillərinin ölkəmizdəki rəsmi distribütoru "IMotors" şirkəti, qənaətcil və etibarlı avtomobil almaq istəyənlər üçün xüsusi endirim və hədiyyə kampaniyasına start verib.

Belə ki, yanvar ayının sonunadək, 2.0 atmosfer mühərrik və hibrid texnologiyası təchiz edilmiş "Wuling Asta" hibrid modeli 2000 manat endirimlə 37 900 manata və orta ölçülü biznes sedan "Wuling Starligt Plug-in" hibrid modelini 1500 manat endirimlə 34 400 manatdan başlayan qiymətlərlə təklif olunur. Həmçinin kampaniya dövründə "Wuling Asta" və "Starligt" modellərini əldə edən hər kəsə 1 il və ya 25 000 km yürüş məsafəsi boyunca periodik servis xərcləri şirkət tərəfindən hədiyyə ediləcək.

Endirimlər bununla bitmir. "Wuling Alvez" modelinə 1500 manat və tam elektrikli "Wuling Bingo" modelinə 1800 manat endirim təklif olunur. Kampaniya məhdud sayda avtomobillər üçün keçərlidir.

"Wuling" markası, dünya səviyyəli "General Motors" təcrübəsini, Çin avtomobil sənayesinin texnoloji üstünlükləri ilə birləşdirir və bunun nəticəsi olaraq, "Wuling", 2024 ildə "Plug-in" hibrid və elektrik avtomobillərinin satış göstəricilərinə görə dünya 5-liyində qərarlaşıb. Etibarlı avtomobil axtarışında olanlar məhz bu səbəbdən "Wuling" avtomobillərini seçə bilər.

"Wuling Asta" hibrid modeli 2.0 atmosfer mühərrik və hibrid texnologiyası ilə təchiz edilib və 177 at gücü hasil edir. Sıfırdan 60 km/saata qədər sürətlənmə vaxtı 3.2 saniyədir. Şəhərdaxili istifadə zamanı ortalama yanacaq sərfiyyatı 4.6 litrdir. Avtomobil tam yanacaq çəni ilə 1100 km-dən çox yürüş məsafəsi qət etməyə imkan verir. Həmçinin avtomobildə dəri salon, 10.25 düymlük monitor, 360 dərəcə kamera, premium səs sistemi, avtomotik parkinq dəstəyi kimi xüsusiyyətlər mövcuddur.

"Plug-in" hibrid versiyaları ilə təqdim olunan "Wuling Starligt", 1.5 benzin mühərriki və elektrik mühərrik ilə birgə 204 at gücü hasil edir. İki komplektasiyada təklif olunan bu model baza versiyasında 9.5 kilovat saatlıq, top versiyada isə 20.5 kilovat saatlıq batareya ilə təchiz olunub. Bu batareyalar müvafiq olaraq 70 km və 150 km məsafəni tam elektrik rejimində qət etməyə imkan verir. "Starligt" modeli orta ölçülü biznes sedan olaraq geniş ölçüləri ilə seçilir. Olduqca rəqabətcil qiymətlə təklif olunan bu model dəri salon, 15.6 düymlük monitor, 360 dərəcə kamera, 3D audio sistem, piyada təhlükəsizliyi, idarəetmə rejimləri kimi zəngin təchizata sahibdir.

Qeyd edək ki, "Wuling" avtomobil brendi, Çində avtomobil sənayesinin nəhənglərindən hesab olunur. "IMotors" MMC tərəfindən rəsmi olaraq satışa təqdim edilən "Wuling" avtomobillərinə istehsalçı tərəfindən 4 il 100 000 km zəmanət verilir. Satışa təqdim olunan bütün "Wuling" avtomobilləri üçün ən son standartlara cavab verən rəsmi servis mərkəzi fəaliyyət göstərməkdədir və bütün modellər tam qaydada servis xidməti və ehtiyat hissləri ilə təmin olunur.

Ətraflı məlumat üçün telefon: *8887

Ünvan: Babək pr. 38A

Rəsmi sayt: www.wuling.az / www.imotors.az

https://www.instagram.com/wuling.azerbaijan/

"Wuling Azərbaycan"dan Yeni ildə xüsusi kampaniya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Yanvar 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri