Xabi Alonso: “O, qarşıdakı 6 7 ildə əsas oyunçularımızdan biri olacaq”
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
“Çelsi”nin baş məşqçisi Xabi Alonso “Aston Villa”dan transfer edilən hücumçu Morqan Rocers haqda danışıb.
QOL.az BBC-yə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis 24 yaşlı futbolçunun transferinə böyük önəm verdiklərini bildirib:
“Heyəti formalaşdırarkən vacib qərarlar qəbul etməli olursan və Morqan, şübhəsiz, onlardan biri idi. Həm indiki dövr, həm də gələcək baxımından belə səviyyəli futbolçunu transfer etmək bizim üçün çox vacib idi. O, qarşıdakı 6-7 ildə komandanın əsas oyunçularından biri olacaq. Artıq indidən kluba böyük təsir göstərir”.
Qeyd edək ki, “Çelsi” Rocersin transferini iyulun 21-də açıqlayıb. Bu transferə görə İngiltərə klubunun “Aston Villa”ya 117 milyon funt-sterlinq (137 milyon avro) ödədiyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 05 Sentyabr 2026 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















