Xabi Alonso Real Madrid in gənc ulduzunun mövqeyini dəyişdirməyi planlaşdırır
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Real Madrid"in baş məşqçisi Xabi Alonso gənc futbolçusu Felipe Endriki başqa mövqedə yoxlamağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Xorxe Pikon məlumat yayıb.
Belə ki, ispaniyalı mütəxəssis 18 yaşlı hücumçunu təkcə mərkəzdə yox, sağ vinger mövqeyində də oynatmaq istəyir.
Endrik sabiq klubu "Palmeyras"da vinger kimi çıxış edib.
Qeyd edək ki, braziliyalı futbolçu ötən ilin yayında "Real Madrid"ə qoşulub. O, başa çatan mövsüm 37 oyunda 7 qol vurmağı bacarıb.

Real Madrid Karlo Ançelottini Xabi Alonso ilə əvəzləməyi planlaşdırır
10 Aprel 2025 04:49
Xabi Alonso Real Madrid də Rəsmi
25 May 2025 14:35
Xabi Alonso Real Madrid in baş məşqçisi olacaq..?
09 May 2025 18:04
Real Madrid in sükanı arxasına Xabi Alonso keçdi
25 May 2025 14:49
Xabi Alonso Real Madrid i çalışdırmağa razılıq verdi
03 May 2025 12:28

