Xaçikyandan KTMT açıqlaması: Yeni müharibə olsa...
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Yeni müharibə olsa, Ermənistanın bloksuz statusu, eləcə də beynəlxalq hüquq İrəvana kömək etməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Stenford Universitetinin professoru, siyasi elmlər doktoru Artur Xaçikyan deyib.
O bildirib ki, Suriyada baş verənlər fonunda KTMT-dən imtina etmək olmaz.
“Bəli, KTMT ilə bağlı açıq qalan suallar var. Amma KTMT-dən çıxmağın müqabilində nə qazanacağıq və təşkilatın yerini kim tutacaq? Ermənistanın alternativi varmı? KTMT-dən çıxsaq, hara üz tutacağımızı və nə edəcəyimizi hesablamalıyıq. Hərçənd, beynəlxalq hüquqa və birliyə arxalanmaq olmaz”, – deyə Xaçikyan vurğulayıb.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistanın KTMT-yə qayıtması qeyri-mümkündür. Moskva və KTMT isə dəfələrlə bəyan edib ki, təşkilatın qapıları Ermənistanın üzünə açıq qalır və struktur hələ də İrəvanı özünün müttəfiqi sayır.
Müşviq Tofiqoğlu
Globalinfo.az


