Icma.az
close
up
RU
Xaçmaz İcra Hakimiyyətindən mütləq səssizlik: Rəsmi qurumlar niyə susur? VİDEO Yeni Gündəm

Xaçmaz İcra Hakimiyyətindən mütləq səssizlik: Rəsmi qurumlar niyə susur? VİDEO Yeni Gündəm

Yenigundem portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xaçmaz rayonunun Pirquluoba kəndində icra nümayəndəsi kimi fəaliyyət göstərən Vüqar Fərzəliyevin təyinatı və sağlamlıq durumu ilə bağlı ortaya çıxan suallar yerli və mərkəzi icra orqanlarında səssizliklə qarşılanır. Redaksiyamızın məsələ ilə bağlı rəsmi açıqlama tələbinə Xaçmaz Rayon İcra Hakimiyyətindən cavab verilməməsi məsələnin daha da mübahisəli hala gəlməsinə səbəb olub.

İcra nümayəndəsinin Qanunsuz təyinatı?

Mənbələrin iddiasına görə, Vüqar Fərzəliyev əvvəllər Xaçmaz Rayon İcra Hakimiyyətinin bir şöbəsində çalışsa da, sonradan vəzifəsindən uzaqlaşdırılıb və Pirquluoba kəndinə icra nümayəndəsi təyin edilib. Bu təyinatın qanuniliyi sual altındadır. Məsələ burasındadır ki, mövcud qanunvericiliyə əsasən, dövlət vəzifəsinə təyin edilən şəxslərin sağlamlıq vəziyyəti ilə bağlı müəyyən tələblər mövcuddur. Lakin təqdim olunan sənədlər bu təyinatın şübhəli məqamlarını üzə çıxarır.

Tibbi sənədlərdə ziddiyyətlər

Əlimizdə olan tibbi sənədlərə əsasən, Vüqar Fərzəliyevə F06.5, F06.6 və F43.1 kodları ilə psixi pozuntular diaqnozu qoyulub. Bu isə ciddi nevroloji və psixi problemlərlə əlaqəli xəstəliklərdir. Məsələ burasındadır ki, həmin diaqnozlar şəxsə 08.11.2020-ci ildən etibarən müəyyən edilib. Bununla belə, Xaçmaz Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sağlamlıq arayışına əsasən, o, hər hansı ciddi sağlamlıq problemi olmayan şəxs kimi təqdim edilir.


Ən maraqlı məqam isə odur ki, psixiatrik dispanserdən xüsusi imtiyazlı dərmanlar alan şəxs eyni zamanda rəsmi sənədlərdə tam sağlam görünür. Bu sənədlərin ziddiyyəti saxta arayışların verildiyini və ya qeyri-şəffaf prosedurların həyata keçirildiyini düşündürür.

Rəsmi qurumlar susur

Bu suallar ətrafında Xaçmaz Rayon İcra Hakimiyyətinə və aidiyyəti qurumlara sorğular göndərilsə də, heç bir rəsmi cavab verilməyib. İcra başçısı Elnur Rzayev və digər səlahiyyətli şəxslər mövzu ilə bağlı hər hansı açıqlama verməkdən çəkinirlər.

Sənədlərdə saxtakarlıq iddiaları

Qazax Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş başqa bir sənəddə isə Vüqar Fərzəliyevin keçmişdə yüngül kəllə-beyin travması və hipertoniya kimi diaqnozlarla müalicə aldığı qeyd edilib. Lakin mənbələrin iddiasına görə, həmin sənədlərdə dəyişikliklər edilib və əlavə diaqnozlar daxil edilib. Əgər bu iddialar doğrudursa, bu, rəsmi sənədlərin saxtalaşdırılması və vəzifədən sui-istifadə halları kimi hüquqi məsuliyyət yaradan bir vəziyyətdir.

Növbəti addımlar: Araşdırma davam edir

Məsələnin ciddiliyi nəzərə alınaraq, hüquq-mühafizə orqanlarının və səhiyyə müəssisələrinin bu mövzuya münasibət bildirməsi gözlənilir. Əgər vəzifəli şəxslər bu saxta sənədlərin tərtibində iştirak ediblərsə, bu, təkcə yerli icra hakimiyyətində deyil, ümumilikdə dövlət idarəçiliyində ciddi hüquqi problemlərin mövcudluğunu göstərə bilər.

Xaçmaz Rayon İcra Hakimiyyəti və digər rəsmi qurumlar məsələyə aydınlıq gətirmək üçün dəvət olunur. Əks halda, bu mövzu ilə bağlı geniş ictimaiyyətə açıq sorğu və hüquqi prosedurların başladılması üçün aidiyyəti instansiyalara müraciət ediləcək.

Mövzunun gedişatını izləməyə davam edəcəyik. Qarşı tərəf – Xaçmaz Rayon İcra Hakimiyyəti, Vüqar Fərzəliyev və digər əlaqədar şəxslər mövzuya münasibət bildirmək istəyərsə, onların açıqlamalarını dərc etməyə hazırıq.

Bakunews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 06 Mart 2025 03:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri