Icma.az
close
up
RU
Xaçmaz komandası “Şahin” hərbi idman oyunu üzrə zona mərhələsinin qalibi olub

Xaçmaz komandası “Şahin” hərbi idman oyunu üzrə zona mərhələsinin qalibi olub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xaçmaz, 29 aprel, Elxan Yusifli, AZƏRTAC

“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin şimal zona mərhələsinin qalib komandaları müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xudat şəhərində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin N saylı hərbi hissəsində keçirilən zona yarışında Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərindən təşkil edilmiş komandalar mübarizə aparıb.

Yarışın açılış mərasimində bildirilib ki, gənclərin vətənpərvərlik tərbiyəsində böyük rolu olan “Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd məktəbliləri vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə etmək, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına diqqəti artırmaqdan ibarətdir.

Komandalar sıra hazırlığı, intellektual müsabiqə, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və çadırın qurulması mərhələlərində bacarıqlarını nümayiş etdiriblər.

Zona yarışında birinci yeri tutan Xaçmaz rayonunun komandası hərbi-idman oyununun Sumqayıtda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb. Zona turunun yekun nəticələrinə əsasən, Şabran və Quba rayonlarının komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Qalib komandalara diplom, ilk yerin sahibinə isə "Şahin" hərbi-idman oyununun zona mərhələsinin kuboku təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see387

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see296

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see243

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see182

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see158

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see155

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see145

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri