Icma.az
close
up
RU
Xaçmaz sakinindən nazir Anar Əliyevə MÜRACİƏT

Xaçmaz sakinindən nazir Anar Əliyevə MÜRACİƏT

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Balamirzə Mikayılov hərbi xidmət zamanı minaya düşən oğluna 3-cü qrup əlillik verilməsinə etiraz edir

Xaçmaz rayonu,Ruslan İmamverdiyev küçəsi, ev 11-də yaşayan Balamirzə Mikayılov tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevə müraciət edir:

“Hörmətli Anar Əliyev!

Mən, Mikayılov Balamirzə, İkinci Qarabağ Müharibəsinin iştirakçısı, 3-cü qrup əlil Mikayılov Elvinin atasıyam. Oğlumun dizdən aşağı bir ayağı yoxdur. Sizin rəhbərlik etdiyiniz nazirlik ona 3-cu qrup əlillik təyin edib.

Övladım Mikayılov Elvin 30 dekabr 2024-cü il tarixində həqiqi hərbi xidmətdə olarkən minaya düşmüşdür. Bunun nəticəsində onun sağ ayağı dizdən aşağı amputasiya olunmuşdur. Bundan əlavə, onun bel nahiyəsində də qəlpələr var. 45 günə yaxın Dövlət Sərhəd Xidmətimin (DSX) Hərbi Hospitalında müalicə alıb.

İyul ayında övladıma 3-cü qrup əlillik təyin edilib. Bir neçə dövlət qurumuna müraciət edərək, övladıma 2-ci qrup əlillik verilməsini tələb etsəm də, heç bir qurum bu şikayətimə baxmamışdır. Bundan başqa, övladıma 4400 manat sığorta pulu təyin olunsa da, “travma pulu” verilməmişdir.

Hörmətli Nazir!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarına hörmətlə yanaşmağa çalışsam da, ədalətsizlik açıq-aşkar görünür. Belə ki, oğlumun əmək qabiliyyəti yoxdur, amma 3-cu qrup əlillik təyin edirsiniz. Bu uşaq aldığı təqaüdlə necə iynə-dərmanını alsın? İndi bir çox xəstələrə 3-cü qrup əlillik təyin olunur. Əli, ayağı üstündə olan şəxslər də az deyil.

Keşkə imkan olaydı, əlilliyin meyarları müəyyənləşməzdən əvvəl parlamentdə olan deputatların bir neçəsinin bəzi əzalarını kəsəydilər. Kimisinin əl barmaqlarını, kimisinin dizdən aşağı ayağını, kimisinin başının yarısını kapronla yığaydılar. Həmin deputatlar parlamentə sağalıb gələndən sonra əlillik meyarlarının müəyyənləşdirilməsi üçün səsvermə olaydı. Yalnız bu halda onlar ədalətli qərar verib, qanun layihəsini parlamentdə müzakirəyə çıxarardılar. Əks təqdirdə, əli, ayağı olmayanı anlaya bilməzlər. İş qabiliyyəti olan da 3-cü qrup alsın, bir ayağı olmayan da?!

Əlbəttə, mən aqressiv ata kimi nəzərinizdə qalmaq istəmərəm. Amma, cənab nazir, siz deyin bu haqsızlıq deyilsə, bəs nədir?!”

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən “Hürriyyət”ə bildirdilər ki, Xaçmaz rayon sakini, 2006-cı il təvəllüdlü Mikayılov Elvin Balamirzə oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən forma-88 göndərişi əsasında 10.07.2025-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib:

“Agentliyin həkim-ekspertlərinin əyani müayinəsi zamanı vətəndaşın hazırki sağlamlıq vəziyyətinin qanunvericiliyə uyğun olaraq orqanizmin funksiyalarının 50% pozulmasına görə müddətsiz əlillik təyinatına əsas verməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən, sağ baldırın yuxarı 1/3 travmatik ampultasiyasından sonrakı güdülü” diaqnozu orqanizmin funksiyalarının 50% pozulmasına görə müddətsiz əlillik təyinatına əsas verir”.

Jalə FAMİLQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Noyabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri