Icma.az
close
up
RU
Xaçmazda 1025 ailəyə bayram sovqatı çatdırılıb AZƏRTAC

Xaçmazda 1025 ailəyə bayram sovqatı çatdırılıb AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 28 dekabr, AZƏRTAC

Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev təşəbbüsü və dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Xaçmaz rayonundan 1025 şəhid, qazi, əlil və aztəminatlı ailəyə, Ucar, Yevlax, Goranboy, Tərtər və Bərdə rayonlarından isə 255 ağsaqqala təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.

AZƏRTAC xəbər verir ki, deputatın seçicilərinə ünvanlandığı təbrikdə deyilir: “Artıq dördüncü ildir Azərbaycan xalqı bu bayramları son 200 illik tariximizin ən parlaq səhifəsi və əbədi qürur mənbəyimiz olan şanlı Zəfərimizin doğurduğu qalibiyyət ovqatı və fəxarət hissi ilə qeyd edir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan misilsiz hərbi, siyasi, diplomatik qələbələr qazanıb, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub.

Müstəqilliyinin ən qüdrətli dövrünə qədəm qoyan ölkəmiz qalib dövlət kimi tarixi Zəfərmizdən və Böyük Qayıdışımızdan irəli gələn yeni hədəflərinin müəyyənləşdiyi əlamətdar dönəmini yaşayır.

Hər zaman olduğu kimi, Azərbaycan xalqı bu gün də qətiyyətlə inanır ki müharibədən sonrakı dövrdə keyfiyyətcə yeni strateji mərhələdə hörmətli dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti ölkəmizin qüdrətinin daha da artmasına möhkəm zəmin yaradacaq”.

Xaçmaz rayonunda şəhid ailələri, qazilər, müharibə veteranları daxil olmaqla, vətəndaşlarla görüşdə onlar tərəfindən edilən müraciətlərə baxılıb, sosial məsələlərlə bağlı məsələlər yerindəcə həll edilib, qaldırılan digər məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq tədbirlərin görüləcəyi bildirilib.

Ağsaqqallar, şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2024 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see839

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see339

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see318

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see304

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see286

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see204

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see198

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see195

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see194

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see193

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see192

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see192

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see191

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see185

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see185

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see175

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see172

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see166

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see166

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri