Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Bakıdakı yaralılara Quba sovqatı necə çatdırılıb?!

Bakıdakı yaralılara Quba sovqatı necə çatdırılıb?!

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elza Orucova ixtisasca jurnalistdir. Əmək fəaliyyətinə 1970-ci illərin ortalarında Quba radiosunun əməkdaşı kimi başlayıb. Bir müddət sonra rayon partiya və icraiyyə komitələrində məsul vəzifələrə irəli çəkilib. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının baş müəllimidir. 
Sovet ordusunun yanvarın 19-dan ­20-nə keçən gecə dinc, əliyalın əhaliyə divan tutması, günahsız insanların qətlə yetirilməsi hamı kimi onu da çox hiddətləndirib. Həmin günlərdə paytaxt xəstəxanalarındakı 20 Yanvar yaralılarına Quba sakinləri adından ərzaq yardımının göstərilməsi təşəbbüsü ilə çıxış edib. 
Yardımı ünvana çatdıran zaman bir çox süni maneələrlə üzləşiblər. Lakin çətinliklə  də olsa, sovqatı ünvana çatdırıblar. Bu günlərdə Qubada olarkən Elza xanımla görüşdüm və bu barədə söhbətini dinlədim. Elza xanım əvvəlcə bunları dedi:
– O ağır, faciəli günlərdə şahidi olduğum dəhşətli səhnələr bu gün də məni çox üzür və kədərləndirir.  Bakıya qoşun yeridilməsindən cəmi 2-3 gün  keçmişdi. Artıq şəhidlərimiz torpağa tapşırılmışdı, amma bilirdik ki, paytaxtdakı xəstəxanalarda yüzlərlə yaralı insan var.  
O vaxt mən Quba Rayon İcraiyyə Komitəsi sədrinin müavini vəzifəsində işləyirdim. Belə qərara gəldik ki, paytaxt xəstəxanalarında müalicə alan yaralılara Quba şirniyyatı, eləcə də meyvə və digər ərzaq məhsulları aparaq. 
Yaxşı yadımdadır, bundan xəbər tutan Quba camaatı şəhərin mərkəzi meydanına öz məhsullarını daşımağa başladı. Cəmi 1-2 saat ərzində üç böyük yük maşını təzə mer-meyvə, ət, toyuq, eləcə də Quba konserv zavodunun məhsulları ilə doldu. 
Ümumi razılıq belə oldu ki, Quba ­sovqatları ilə yola düşəcək karvanı mən və rayon mərkəzi xəstəxanasının baş həkimi müşayiət etsin. Rəhmətlik həyat yoldaşım da məni “təhlükəli səfərə tək buraxmaq istəməyərək” bizimlə gəldi. Vaxt itirmədən irəlidə ərzaq maşınları, onların dalınca isə biz xidməti maşınımızla Bakıya yola düşdük. 
Yol boyu Sovet hərbçiləri bizi dəfələrlə saxladılar. Biləcəriyə yaxınlaşdıqda isə gördük ki, yolu tamamilə kəsiblər və şəhərə heç kimi buraxmırlar. Bura tank və digər zirehli maşınlarla dolu idi. Qırmızı qərənfillər səpələnmiş yollarda Sovet Ordusu tanklarının tırtılları altında qalaraq əzik-üzük hala düşmüş maşınlar küçələrdən yığışdırılmamışdı. 
Tankların üstündə oturub əllərindəki avtomatlarını bizə tuşlayan əsgərlərin donuq, əcaib sifətlərindən qəzəb və nifrət yağırdı. 
Nə isə, bizə əmr etdilər ki, geri qayıdaq. Sözləri bu oldu ki, xəstələrə heç nə lazım deyil. 
Quba Rayon Xəstəxanasının baş həkimi və həyat  yoldaşım sovet zabitləri ilə nə qədər danışsalar da, heç bir xeyri olmadı. İsrarla yardım karvanını geri qaytarmağı tələb edirdilər. 
Mən çarəsiz qalaraq maşından düşdüm, xidməti vəsiqəmi göstərdim. Mənə də tutuquşu kimi eyni sözləri dedilər, xəstələrin ərzağa ehtiyacı olmadığını, nahaq yerə  gəldiyimizi bildirdilər. 
Belə olduqda mən bu dəfə onlara SSRİ Jurnalistlər İttifaqının üzvü olduğumu bildirdim və vəsiqəmi cibimdən çıxarıb şəstlə təqdim etdim. Aşağı rütbəli zabitlər bu dəfə başçılarını çağırdılar. Həmi şəxs polkovnik rütbəsində idi. O vəsiqəyə baxaraq mənə “çest” (təzim-müəllif) verdi və ehtiramla vəsiqəmi qaytarıb bizə və yardım aparan yük karvanına şəhərə daxil olmağa icazə verdi. Eyni  zamanda, hansı yolla və necə getməli olduğumuz barədə də məsləhətlərini söylədi. 
Mən həmin ana qədər heç vaxt SSRİ Jurnalistlər İttifaqının üzvü olduğumu təsdiq edən vəsiqəmdən isifadə etməmişdim. Çünki yerli hakimiyyət orqanlarında işləyirdim. Lakin həmin gün evdən çıxarkən rəhmətliik anam təkidlə mənə həmin jurnalist vəsiqəsini özümlə götürməyi tapşırmışdı və bu bilet, həqiqətən, karımıza gəldi. 
Biz Biləcəridən birbaşa Respublika Kliniki Xəstəxanasına gəldik və burada baş həkimlə görüşdük. Gətirdiyimiz ərzaqları xəstəxananın əməkdaşlarına təhvil verdik. Mən xahiş etdim ki, yaralılarla da görüşmək istəyirəm. Baş həkim dedi ki, görüşməyə icazə yoxdur. Çünki xəstəxananın dörd tərəfi əsgərlərlə doludur. 
Təkidli  xahişimizdən sonra bizə yaralılarla görüşməyə icazə verdilər. Elə birinci  palatada gördüyüm səhnə məni dəhşətə gətirdi. Burada qanlarına qəltan olunmuş xəstələr kəskin ağrılardan zarıyırdılar. Onlardan birinin hər iki ayağı dizdən yuxarı kəsilmişdi. Həmin xəstənin yanında duran biçarə ana və nişanlı qız kəsilə-kəsilə ağlayırdılar... 
Başqa bir palatada isə əslən Quba rayonundan olan Malik və Əfqan adlı yaralı həmyerlilərmiz ilə görüşdük. Onlardan biri həmin gecə, o birisi isə ertəsi gün yaralanmışdı. Xəstələr bizim onlara sovqat gətirməyimizi eşitmişdilər və Quba ictimaiyyətinə öz təşəkkürlərini bildirdilər. 
Həmin gün “Dağüstü park”a gedərək (hazırda “Şəhidlər xiyabanı” adlanır-müəllif) 20 Yanvar şəhidlərinin qəbirlərini ziyarət etdik. Məzarların üzərinə elə bil göydən al qərənfillər yağmışdı. Hər yer al-qırmızı rəngdə idi. 
Səhərisi gün mən Quba Rayon Partiya Komitəsinin birinci katibi  Məhəmməd Əsədov ilə görüşdüm, ərzağı necə çatdırmağımız, eləcə də yaralılarla görüşlərimiz barədə danışdım. 
Məhəmməd müəllim məni diqqətlə dinləyəndən sonra telefonun dəstəyini qaldırdı və Mərkəzi Komitəyə zəng vurdu. Qubadan könüllü surətdə 20 Yanvar yaralılarına sovqat karvanı göndərildiyini və eləcə də bizim yaralılarla görüşdüyümüzü bildirdi. Rəhmətlik Əsədova oradan nə dedilərsə, hiss etdim ki, çox pərt oldu. Sonra üzünü mənə tutub dedi:
– Elza xanım, ərzağa görə təşəkkür  etdilər və amma dedilər ki, “ekstremistlərlə” (oxu: təxribatçılar-müəllif) görüşməmək də olardı. Ancaq siz çox mərd qadınsınız ki, bunu etmisiniz. Vaxt gələr, haqq öz yerini tapar!
Allah Məhəmməd Əsədova qəni-qəni rəhmət etsin. Millətini sevən, cəsarətli, səriştəli kadr idi. Acı təəssüf ki, 1991-ci ilin 20 noyabrında Qarakənd səmasında baş verən vertolyot terrorunun qurbanı oldu. O zaman Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsində çalışırdı. 
Elza Orucova xeyli həyəcanlanmışdı, söhbətin sonunda isə bunları söylədi:
– Bəli, vaxt, zaman gəldi və haqq öz yerini tapdı. Azərbaycan dövləti 20 Yanvar qətliamına Kremldən göstəriş verənləri və icra edən qatilləri qətiyyətlə pisləmiş və cinayətkarların cəzalandırılmasını tələb etmişdir. 
Fikrimcə, o xalq xoşbəxtdir ki, taleyinin keşməkeşli və sınaqlı dövründə dövlətinin sükanı arxasında qətiyyətli rəhbər dayanır. Tale Azərbaycan xalqına və onun müdrik oğlu Heydər Əliyevə iki dəfə belə bir imkan qismət etmişdir. Məhz Ulu  öndərin yüksək qətiyyəti sayəsində  20 Yanvar  hadisələri barədə əsl həqiqətlər bütün  dünyaya  çatdırıldı. Düşünürəm ki, bu dahi siyasətçi o vaxt Azərbaycana başçılıq etsəydi, böyük ehtimalla millətimizin başına belə bir müsibət gəlməzdi. 
Unutmayaq ki, 20 Yanvar bizim üçün təkcə faciə deyil, həm də şərəf və qəhrəmanlıq səhifəsidir! Azərbaycan xalqı Vətənin azadlığı, suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsini heç vaxt unutmayacaq! 
Söhbəti qələmə aldı: 

Məsaim ABDULLAYEV 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Yanvar 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see304

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see285

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see281

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see243

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see235

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see223

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see212

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see210

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see208

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see202

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see202

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see195

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see192

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see187

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see187

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see185

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see184

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see173

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri