Icma.az
close
up
RU
Xaçmazda 8 188 fermerə subsidiya veriləcək

Xaçmazda 8 188 fermerə subsidiya veriləcək

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində payızlıq əkinlərin və çoxillik əkmələrin bəyanı davam edir. 

“Cebheinfo.az” xəbər verir ki, taxıl səpinini başa çatdırmış fermerlər EKTİS-də öz şəxsi kabinetlərini aktivləşdirərək, torpaq üzərində mülkiyyət sənədlərini və əkin məlumatlarını sistemə daxil edirlər. Paralel olaraq EKTİS-də çoxillik əkmələrin bəyanı da həyata keçirilir.

Öz əkinlərini bəyan etmək istəyən fermerlərə bölgələrdə fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərində texniki dəstək göstərilir. Fermerlər məlumat bölməsindən müvafiq sıra növbəsi götürərək xidmət pəncərələrinə yaxınlaşaraq sənədlərini DAİM əməkdaşlarına təqdim edir, əməkdaşların köməyi ilə payızlıq əkinlərin EKTİS-də bəyan prosedurunu tamamlayırlar.

Xidmət pəncərələrinə yaxınlaşan fermerlərə əkinlərin bəyan proseduru, aqrokimyəvi analizlərin verilməsi qaydası, aqrar sığorta tələbi, monitorinqlərin keçirilməsi, subsidiyaların ödəniləcəyi tarixlər barədə geniş məlumat verilir.

Nazirlik tərəfindən bölgələrdə payızlıq əkinlərin bəyanı ilə əlaqədar məlumatlandırma sessiyaları davam edir. Fermerlər həmçinin aqrar sahəyə dövlət dəstəyi mexanizmləri, bu sahədə tətbiq olunan yeni qaydalar, Aqrar Subsidiya Şurasının 2026-cı təsərrüfat ili üçün qəbul etdiyi qərarlar barədə məlumat əldə edirlər.

Xaçmaz rayonunda keçirilən müvafiq məlumatlandırma sessiyası zamanı fermerlərin aqrar sahənin subsidiyalaşdırılması mexanizmləri və digər sualları cavablandırılıb. Qeyd olunub ki, dekabrın 17-dək Xaçmaz rayonu üzrə 8 188 fermer artıq öz əkinlərini bəyan ediblər. 

EKTİS-ə fermerlər tərəfindən 22 917 bəyan sənədi yüklənib. Xaçmaz rayonu əsasən meyvəçilik üzrə ixtisaslaşdığına görə EKTİS-ə yüklənən bəyan sənədlərinin təxminən 77 faizi, yəni 17 635 bəyan çoxillik əkmələrlə bağlıdır. 

Rayon üzrə payızlıq əkinlərə dair 5 282 bəyan EKTİS-ə işlənib. Xaçmaz rayonu üzrə əkin bəyanları ümumilikdə 20 912 hektar sahəni əhatə edir.

Subsidiyaların verilməsinin elektronlaşdırılması rayonlar və ümumi respublika üzrə əknilərin strukturunu tam dəqiqliklə müəyyənləşdirməyə imkan verir. Təhlil üçün lazım olan dataların əksəriyyəti payızlıq və yazlıq əkinlərin bəyanı zamanı EKTİS-də formalaşır. Mövcud bəyanlar Xaçmaz rayonu üzrə meyvə bağlarının skturkturunu müəyyən etməyə imkan yaradır. 

Dekabrın 16-dək Xaçmaz rayonu üzrə 4297 fermer fındıq bağını, 2949 fermer gilas bağını, 1868 fermer şaftalı bağını, 558 fermer gavalı bağını, 407 fermer alma bağını, 215 fermer xurma bağını, 200 fermer armud bağını, 195 fermer qaysı bağını, 143 fermer alça bağını, 102 fermer nektarin bağını, 70 fermer ərik bağını, 43 fermer qoz bağını, 39 fermer albalı bağını, 33 fermer zoğal bağını, 18 fermer badam bağını, 13 fermer heyva bağını, 11 fermer əzgil bağını, 16 fermer üzüm bağını (süfrə və texniki), iki fermer nar bağını, 1 fermer püstə bağını, 1 fermer isə əncir bağını EKTİS-də bəyan edərək subsidiya üçün müraciət edib.

Qeyd edək ki, EKTİS-də respublika üzrə payızlıq əkinlərin bəyanı prosesi dekabrın 30-da başa çatacaq.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri