Icma.az
close
up
RU
EKTİS: Xaçmaz rayonunda 8 188 fermer əkinlərini bəyan edərək subsidiya almaq hüququ qazanıb

EKTİS: Xaçmaz rayonunda 8 188 fermer əkinlərini bəyan edərək subsidiya almaq hüququ qazanıb

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində payızlıq əkinlərin və çoxillik əkmələrin bəyanı davam edir. Taxıl səpinini başa çatdırmış fermerlər EKTİS-də öz şəxsi kabinetlərini aktivləşdirərək, torpaq üzərində mülkiyyət sənədlərini və əkin məlumatlarını sistemə daxil edirlər. Paralel olaraq EKTİS-də çoxillik əkmələrin bəyanı da həyata keçirilir.

Öz əkinlərini bəyan etmək istəyən fermerlərə bölgələrdə fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərində texniki dəstək göstərilir. Fermerlər məlumat bölməsindən müvafiq sıra növbəsi götürərək xidmət pəncərələrinə yaxınlaşaraq sənədlərini DAİM əməkdaşlarına təqdim edir, əməkdaşların köməyi ilə payızlıq əkinlərin EKTİS-də bəyan prosedurunu tamamlayırlar.

Xidmət pəncərələrinə yaxınlaşan fermerlərə əkinlərin bəyan proseduru, aqrokimyəvi analizlərin verilməsi qaydası, aqrar sığorta tələbi, monitorinqlərin keçirilməsi, subsidiyaların ödəniləcəyi tarixlər barədə geniş məlumat verilir.

Nazirlik tərəfindən bölgələrdə payızlıq əkinlərin bəyanı ilə əlaqədar məlumatlandırma sessiyaları davam edir. Fermerlər həmçinin aqrar sahəyə dövlət dəstəyi mexanizmləri, bu sahədə tətbiq olunan yeni qaydalar, Aqrar Subsidiya Şurasının 2026-cı təsərrüfat ili üçün qəbul etdiyi qərarlar barədə məlumat əldə edirlər.

Xaçmaz rayonunda keçirilən müvafiq məlumatlandırma sessiyası zamanı fermerlərin aqrar sahənin subsidiyalaşdırılması mexanizmləri və digər sualları cavablandırılıb. Qeyd olunub ki, dekabrın 17-dək Xaçmaz rayonu üzrə 8 188 fermer artıq öz əkinlərini bəyan ediblər. EKTİS-ə fermerlər tərəfindən 22 917 bəyan sənədi yüklənib. Xaçmaz rayonu əsasən meyvəçilik üzrə ixtisaslaşdığına görə EKTİS-ə yüklənən bəyan sənədlərinin təxminən 77 faizi, yəni 17 635 bəyan çoxillik əkmələrlə bağlıdır. Rayon üzrə payızlıq əkinlərə dair 5 282 bəyan EKTİS-ə işlənib. 

Xaçmaz rayonu üzrə əkin bəyanları ümumilikdə 20 912 hektar sahəni əhatə edir.

Subsidiyaların verilməsinin elektronlaşdırılması rayonlar və ümumi respublika üzrə əknilərin strukturunu tam dəqiqliklə müəyyənləşdirməyə imkan verir. Təhlil üçün lazım olan dataların əksəriyyəti payızlıq və yazlıq əkinlərin bəyanı zamanı EKTİS-də formalaşır. Mövcud bəyanlar Xaçmaz rayonu üzrə meyvə bağlarının skturkturunu müəyyən etməyə imkan yaradır. Dekabrın 16-dək Xaçmaz rayonu üzrə 4297 fermer fındıq bağını, 2949 fermer gilas bağını, 1868 fermer şaftalı bağını, 558 fermer gavalı bağını, 407 fermer alma bağını, 215 fermer xurma bağını, 200 fermer armud bağını, 195 fermer qaysı bağını, 143 fermer alça bağını, 102 fermer nektarin bağını, 70 fermer ərik bağını, 43 fermer qoz bağını, 39 fermer albalı bağını, 33 fermer zoğal bağını, 18 fermer badam bağını, 13 fermer heyva bağını, 11 fermer əzgil bağını, 16 fermer üzüm bağını (süfrə və texniki), iki fermer nar bağını, 1 fermer püstə bağını, 1 fermer isə əncir bağını EKTİS-də bəyan edərək subsidiya üçün müraciət edib.

Qeyd edək ki, EKTİS-də respublika üzrə payızlıq əkinlərin bəyanı prosesi dekabrın 30-da başa çatacaq.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Dekabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see298

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see296

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see281

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see251

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see242

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see233

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see228

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see199

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see197

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see193

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see174

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see162

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see157

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see155

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see155

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see150

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see148

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri