Icma.az
close
up
RU
XAÇMAZDA MÜƏMMALI QƏTL OLAYI Yaşlı qadının ölümünü boynuna alan şəxs az sonra necə sərbəst qaldı?!

XAÇMAZDA MÜƏMMALI QƏTL OLAYI Yaşlı qadının ölümünü boynuna alan şəxs az sonra necə sərbəst qaldı?!

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Rayon sakini qətli heç bir suçu olmayan oğlunun üstünə atdıqlarını iddia edir; “Polis evimə basqın etdi, məhkəmə sənədi istədikdə onlardan biri məni itələyib yıxdı”

Xaçmaz şəhəri, Yeni Günəşli küçəsi (yeni yaşayış massivi) sakini Dəmirova Süsən-Sünbül Əliskəndər qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəilə Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, DİN rəhbəri Vilayət Eyvazova müraciət edir. Onu müraciətini olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Hörmətli Cənablar!

Mən, Dəmirova Süsən-Sünbül Əliskəndər qızı, yazaraq hər birinizdən kömək istəyirəm.

3-cü qrup əliləm, 62 yaşım var. Çox çətin və açılması ancaq sizlərin köməyi ilə mümkün olacaq bir müşkülün içindəyəm.

Qeyd edim ki, 3 övladım var. Övladlarımdan birini, yəni Dəmirov Fərman Seyfulla oğlunu şər-böhtana salıb həbs ediblər.

İlk əvvəl bəlkə də deyərsiniz ki, anadır, övladını müdafiə edir. Xeyr, əsla belə deyil.

Bildirim ki, oğlum fəhlə işi ilə məşğul olurdu...

2023-cü il, oktyabr ayının 31-də Xaçmaz şəhəri, Asif Cəbrayılov küçəsində yaşayan 62 yaşlı Şirinbalayeva Mafizə adlı qadın evində naməlum şəraitdə qətlə yetirilmişdir. Həmin qadının evində Xaçmaz şəhər sakini Əhmədov Şahin Səməd oğlu adlı usta işləyirdi. Qətlə yetirilən Şirinbalayeva Mafizə usta işləyən Şahinlə qonşuluqda yaşayırdı.

2023-cü ilin oktyabr ayında qətllə əlaqədar Xaçmaz rayon polisi və prokurorluğu birgə araşdırma aparılmışlar. Nəticədə, Şirinbalayeva Mafizənin evində işləyən Əhmədov Şahin qətldə şübhəli bilinərək, həbs olunmuşdur. Alınmış ifadələr nəticəsində məlum olmuşdur ki, qadın evində tək yaşayırmış. Onun evinə yalnız usta Əhmədov Şahin gedib-gəlirmiş.

Şahinin istintaqı 3 ay 20 gün çəkdi. Əlbəttə, bu müddətdə ona cinayət işi açılmışdı. Bu səbəbdən də bir müddət həbsdə qaldı. Biraz vaxt keçdikdən sonra eşitdik ki, Şahini buraxıblar. Bundan sonra onun içəridən necə çıxdığına dair söz-söhbətlər yayıldı. Belə ki, ortada “haqq-hesab” məsələsinin olduğunu dedilər...

Fərman Dəmirov

2024-cü il, fevral ayının 15-də oğlum Dəmirov Fərman Seyfulla oğlu Xaçmaz şəhərində işlədiyi tikinti ərazisində polislər tərəfindən saxlanılıb. Lakin Xaçmaz polisi onu 15.02.2024-cü ildə tutub aparmalarına baxmayaraq, saxlanılma tarixini iki gün sonra - 17.02.2024-cü ilə qeyd ediblər. Həmin iki günü ərzində gəzmədiyimiz polis idarəsi qalmadı, bizə “burada yoxdur” dedilər. Sonradan oğlumu görəndə başa düşdüm ki, niyə gizlədirmişlər. Çünki ona ağır işgəncələr verərək, Şirinbalayeva Mafizənin qətli boynuna qoymağa çalışıblar.

2 gün oğlum evə gəlməyəndə DİN-in 102 xidmətinə də müraciət etmişdim. Onlar da araşdırma apardıqdan sonra bildirdilər ki, oğlunuz polisdə deyil. Yəni ilk gündən özbaşınalıqlar olmuşdur...

Onu da deyim ki, oğlumdan xəbər ala bilməyib, Prokurorluğa da müraciət etdim. Orada dedilər ki, “narahat olmayın, oğlunuz polisə müqavimət göstərib, bu səbəbdən saxlanılıb, buraxacaqlar”.

16.02.2024-cü il, saat 18:00 radələrində yenidən Xaçmaz polisinə getdim. Bu dəfə rəis Faiq və müavini Hidayət məni qəbul etdi. Faiq mənə bildirdi ki, rayonun İzmaylovka ərazisində “Al market”də yerləşən bankomatdan pul oğurlanmışdır. Sənin oğlun bu səbəbdən buradadır, müvafiq araşdırmalar və əl izləri götürüldükdən sonra sərbəst buraxacağıq. Bu sözlərlə məni sakitləşdirib, evə göndərdilər.

Özüm xəstə adamam, əsanın köməyi ilə gəzirəm.

17.02.2024-cü il, saat 19:00-da evimizə kütləvi polis basqını oldu. “Sənəd göstərin, daha sonra evimə baxış keçirin”, - dedikdə isə polislərdən biri məni itələyib yerə yıxdı. Qonşum qışqıraraq, “o, təzə əməliyyat olunub, anan yaşında qadını yerə yıxmaq nədir?!”,- dedi.

Evdə axtarış apardılar, ayaqqabıları bütün palçığın içində idi. Evi elə günə qoydular ki, sanki içəri insan girməmişdi. Bu zaman yenidən soruşdum ki, “ay bala, marketdən oğurlanan pul tapılmadı kı, bura gəlmisiniz?!”. O zaman da dedilər ki, “nə pul, sənin oğlun adam öldürüb”. İzah etdilər ki, guya, o qadını - Şirinbalayeva Mafizəni mənim oğlum qətlə yetirib. Axı, bu ola bilməzdi. Oğlum qarışqaya belə, ziyan verən olmayıb.

Hazırda məhkəmə gedir. Məhkəmədən qabaq müstəntiq Fərrux Əzimli məndən 10 min manat pul istədi ki, ver, oğlunu apar get. Orda bildirdim ki, vallah, mənim o imkanım yoxdur.

Bu işdə müstəntiq Fərrux Əzimlinin maraqları bitmək bilmir.

Hörmətli Prezident!

Hörmətli Cənablar!

Onu da qeyd edim ki, müstəntiq kimisə tapıb, bu suçu onun üzərinə yıxmaqda maraqlıdır. Belə ki, qərəzini burdada göstərdi.  Oğlum türmədən xəstəxanaya göndərilmişdi. Baş həkim məni çağırıb dedi ki, “ana, müstəntiq Fərrux Əzimli zəng vurub ki, onu dərhal həbsxanaya göndərin”. Bu adam qərəzli şəkildə günahı mənim oğlumun üzərinə yıxmaq istəyir.

Prokurorluqda oğluma olmazın işgəncələri verilib, amma ekspertiza yazıb ki, heç nəyi yoxdur. Bu qədər haqsızlığın, böhtanın içində batırıq.

Əvvəl həbs olunan Şahin adlı şəxsin qətli boynuna aldığı haqda kadrlar var. Məhkəmədə hamısı izlənilib. Bu cinayət təzə olanda bütün saytlar, televiziyalar Şahinin cinayəti törətdiyini yazdılar. İndi isə günahı mənim oğlumun üstünə atırlar...

Hörmətli Prezident!

Hörmətli Cənablar!

Sizdən bir ana kimi xahiş edirəm, müraciətimi cavabsız qoymayın. Mənim oğlum o qadını öldürməyib. Onun 4 uşağı var. İşin yaxşı araşdırılması üçün tapşırıq verin. Günahkar kimdir, yaxud kimlərdir tapılsın. Çox söz-söhbətlər gəzir. Kimisi deyir ki, öz qohumlarının onun evində gözü var idi. Sağikən bir dəfə belə axtarılmayan qadının indi bacısı məhkəmələr gəzir. Gizlin qalan məqamlar çoxdur. İşə baxan hakimlərdən narazılığım hələ ki, yoxdur. Amma narahatam, uşağımın taleyi həll olunur. Bir ömür bədbəxt ola bilər.

O qədər maddələr yazıblar ki, o hərəkətləri edən adam ancaq erməni olmalıdır. Xahiş edirəm, müraciətimi cavabsız qoymayın, qəbulunuza çağırın, əlimdəki sənədlərin hər birini sizlərə təqdim edim”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Mart 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri