Xaçmazda “VAZ” və “KİA” toqquşub 2 nəfər ölüb
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Quba, 29 aprel, AZƏRTAC
Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Samur-Yalama yolunun Düztahir kəndi ərazisindən keçən hissəsində “VAZ” və “KİA” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində sürücülər - 31 yaşlı Yalama kənd sakini Orxan Mirzəquliyev və 35 yaşlı Ukuroba kənd sakini İsrafil Hidayətov hadisə yerində ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avtomobildə sıxılmış vəziyyətdə qalan meyitləri çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.
Orxan Mirzəquliyev 44 günlük Vətən müharibəsinin iştirakçısı idi.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Elxan Yusifli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 29 Aprel 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















