“Xahiş edirəm belə halların qarşısı alınsın, hər kəs uydurma xəbər paylaşır” Elgünün dayısı
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
“Bu gün Gəncə şəhər Prokurorluğunda olduq. Bizə istintaqın davam etdiyini bildirdilər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Teleqraf-a Elgün İbrahimovun dayısı Sadiq Zeynalov bildirib.
Onun sözlərinə görə, bu gün E. İbrahimovun ailə üzvləri Gəncə şəhər Prokurorluğuna çağırılıb:
“İzahatlarımız alındı. Bizə bir daha söz verdilər ki, hadisə tam şəkildə, obyektiv aparılacaq. Hər bir ailə üzvümüzün izahatı alındı”.
S. Zeynalov hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan bəzi xəbərlərdən də narahat olduqlarını ifadə edib. Xüsusilə, E. İbrahimovun intihar etməsi xəbərlərinə münasibət bildirib:
“Rəsmi qurumlar belə bir açıqlama verməyib. Bacım oğlunun heç nədən şikayəti olmayıb. Çox gözəl oxuyurdu və biz əmin idik ki, uşaq universitetə qəbul olacaq. Nəsə problemi olsa belə biz dayılarına, nənəsinə, ən önəmlisi hər kəsdən çox istədiyi anasına deyərdi. Çünki anası ilə həmişə fikirlərini bölüşüb. İndi rəsmi qurumların təsdiq etmədiyi xəbərləri utanmadan sosial şəbəkələrdə və müxtəlif media qurumlarında paylaşırlar. Xahiş edirəm belə halların qarşısı alınsın. Hər kəs uydurma xəbər paylaşır”.
E. İbrahimov sonuncu dəfə də anası ilə danışıb, hazırlığa getdiyini bildirib.
Məlumat üçün bildirək ki, E. İbrahimov ağır vəziyyətdə Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmiş yataqxanasında tapılıb. Xəstəxanaya çatdırılan 11-ci sinif şagirdi bir gün sonra xəstəxanada ölüb. Hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Bu mövzuda digər xəbərlər:Elgünün intihar xəbərinə ailəsindən reaksiya: "Uydurma xəbər paylaşırlar”
17 May 2025 23:30
“Sonuncu dəfə də anası ilə danışıb” Elgünün dayısı
17 May 2025 23:16
Bələdçi Aydan: Xahiş edirəm, belə etməyin
27 Dekabr 2024 21:23
Məktəblərdə neqativ halların qarşısı alınsın Nazirdən direktorlara tapşırıq
22 Yanvar 2025 23:33
“Xahiş edirəm, onları incitməyin”
30 Mart 2025 14:44
Baxış sayı:46
Bu xəbər 18 May 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















