Icma.az
close
up
RU
Xalq artisti 55 min manat təzminat tələb edir

Xalq artisti 55 min manat təzminat tələb edir

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ritm" qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinovun vaxtilə komandasında olan nağaraçı, "Amarok" zərb alətləri qrupunun rəhbəri Ramil Cahangirova qarşı məhkəmədə qaldırdığı iddia ilə bağlı yekun məhkəmə iclası keçiriləcək.

Bu barədə jurnalist Raminə Eyvazqızı sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilir ki, yekun iclas sabah Sumqayıt Şəhər Məhkəməsində keçiriləcək.

Xalq artisti bir ildir ki, məhkəmələrdə R.Cahangirovun onun patentləşdirdiyi qavaldaş maketini mənimsədiyini və ona uyğun özünə alət düzəltdiyini iddia edir. Bir neçə dəfə ekspertiza aparılsa da, konkret rəy və qərar verilməyib.

N. Şirinov qarşı tərəfə 55 min manatlıq təzminat iddiası qaldırıb.//Oxu.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Dekabr 2024 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri