Xalq artisti Ağadadaş Ağayev məhkəməyə gəlib YENİLƏNİB
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən Ağadadaş Ağayevin və zərərçəkən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra zərərçəkən tərəfin vəkili məhkəmədə vəsatətlə çıxış edib.
Vəkil işin mahiyyəti üzrə olmadığını, ibtidai istintaqa qaytarılması, daha ağır ittihamlarla cinayət işinin açılmasını və Xalq artistinin barəsində həbs qətimkan tədbiri seçilməsini xahiş edib.
Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını istəyib.
Qısa müşavirə olub. Müşavirədən sonra hakim Xalq artistinin barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilmədiyini açıqlayıb. Digər vəsatət isə baxılmamış saxlanılıb.
Məhkəmə baxışının noyabrın 28-nə təyin olunması ilə bağlı qərar qəbul edilib(apa).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 14 Noyabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















