Xalq artisti: “Dəfələrlə mənə dedi ki, “Locco” de. Mən o mahnını oxumamışam”
Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.
Aktyor Elşən Orucovun aparıcılıq etdiyi proqramda qonaq olan Xalq artisti Niyaməddin Musayevdən “Locco” mahnısını ifa etməsini istəyib. Həmin görüntülər sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. İzləyicilər tərəfindən tənqid edilən bu video gündəm yaratmağı bacarıb.
Sözügedən video ilə bağlı Adalet.az-a açıqlama verən Xalq artisti Niyaməddin Musayev bu mahnını ifa etmədiyini söyləyib. O qeyd edib ki, aparıcının xahişi ilə sadəcə “locco” sözünü deyib:
“Mən o mahnını oxumamışam. Bilmirəm ki, mənə qarşı niyə belə edirlər. Bu hərəkətin tək adı məni nüfuzdan salmaqdır. Aparıcı mənə dedi ki, “Locco” denən, mən də dedim. Mən hardan bilim ki, bunlar bu videonu məndən xəbərsiz yayımlayacaqlar. Heç o mahnı haqda məlumatım yoxdur, yəni heç o mahnını bilmirəm. Bircə bilirəm ki, Avropa mahnısıdır. Əvvəlcə hər hansı bir proqrama dəvət edirlər sonra da belə mənasız hərəkətlər edirlər. Ayıb bilmirlər, untanmırlar. Bunu özümə qarşı hörmətsizlik hesab edirəm. Məni xalq sevir, illərin sənətkarıyam, əlbəttə millət bunu mənə yaraşdırmaz. İlk dəfədir o proqramı görürdüm. Dəfələrlə mənə dedi ki, “Locco” de. Anlamadım ki, bunu deməyimi niyə istəyir. Demək, belə səbəbsiz yerə məni qınaq obyektinə çəvirmək üçün istəyirmiş.
Videonu sosial şəbəkələrdə görəndə dəhşət əsəbiləşdim. İnanın ki, hələ də sakitləşə bilmirəm. Belə hörmətsizliyi, mədəniyyətsizliyi qəbul etmirəm. Biz mədəniyyət insanlarıyıq. Bu hərəkətlər bizə yaraşmaz axı”.
Əntiqə Kərimzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 16 Dekabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















