Icma.az
close
up
RU
Xalq artisti Məmmədbağır Bağırzadənin adına iki küçə verilib ANIM GÜNÜ

Xalq artisti Məmmədbağır Bağırzadənin adına iki küçə verilib ANIM GÜNÜ

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Xalq artisti Məmmədbağır Bağırzadə vəfatından 20 il ötür. Mərhumun ailəsi və yaxın dostları bu gün onun qəbrini ziyarət ediblər.

Moderator.az bildirir ki, bu barədə Teleqraf-a Xalq artistinin oğlu, müğənni Rahim Bağırzadə məlumat verib.

"Bu gün bizim üçün ağır və kədərli gündür. 20 ildir atam aramızda yoxdur. Hazırda ailəmiz və atamın yaxın dostları ilə onun qəbrini ziyarət etməyə gedirik. Atamın xatirəsini əziz tutan hər kəsə, xalqımıza və sənət adamlarımıza dərin minnətdarlığımızı bildiririk" - Rahim Bağırzadə deyib.

O, atasının həmişə yad olunduğunu vurğulayıb:

"Atamın dostları bu gün də yanımızdadırlar, sevincimizə də, kədərimizə də şərik olurlar. Dövlətimizdən və xalqımızdan çox razıyıq. Yeganə şikayətimiz odur ki, atamın mahnılarını oxuyan müğənnilər adını qeyd etmirlər. İstəyirik ki, mahnıları ifa olunarkən Məmmədbağır Bağırzadənin adı çəkilsin. Bizim heç kimdən xüsusi bir tələbimiz yoxdur. Sadəcə istəyirik ki, gələcək nəsil bilsin".

Rahim Bağırzadə qeyd edib ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Məmmədbağır Bağızadənin guşəsi yaradılıb:

"Orada onun əsərlərinin lent yazıları, qavalı, titulları və şəxsi əşyaları nümayiş olunur. Ziyarətə gələn insanların diqqət və hörməti bizi çox sevindirir. Eyni zamanda evimizdə də atamın xatirə otağı var".

Xalq artistinin oğlu vurğulayıb ki, Məmmədbağır Bağırzadənin adına iki küçə verilib:

"Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Nazirlər Kabinetinin göstərişi ilə atamın doğulduğu Nardaran kəndində küçələrin birinə onun adı verilib. Həmin küçədə 99 ev yerləşir.

Digər küçə isə Maştağadadır. Qəsəbə sakinlərinin şəxsi imzaları ilə toplanmış müraciət bələdiyyə tərəfindən Sabunçu Rayon İcra Hakimiyyətinə təqdim olunub və nəticədə Maştağada Əliağa Ağayev və Şövkət Ələkbərovanın adlarını daşıyan küçələrin yanında Məmmədbağır Bağızadənin adına da küçə verilib".

Rahim Bağırzadə atasının 55 yaşında dünyasını dəyişdiyini vurğulayıb:

"Atamın vəfatı bizim üçün çox kədərli itkidir. Hər il olduğu kimi, bu gün də onun məzarını ziyarət edənlər arasında xaricdə yaşayan soydaşlarımız var. Atamın həyatı boyu insanlarla münasibəti çox səmimi olub. Onu tanıyan hər kəs deyir ki, Məmmədbağır Bağızadə heç kimin qəlbini qırmayıb, hamı ilə mehriban olub. Bu günə qədər bir nəfər tapılmayıb ki, desin, onunla problem yaşamışam".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Oktyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see284

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see231

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see197

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see189

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see177

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see176

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see174

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see170

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see164

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see162

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see160

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see160

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see144

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see138

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see138

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see133

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri