Icma.az
close
up
RU
Bu gün Xalq artisti Məmmədbağır Bağırzadənin anadan olmasından 75 il ötür

Bu gün Xalq artisti Məmmədbağır Bağırzadənin anadan olmasından 75 il ötür

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məmmədbağır Bağırzadə xanəndə idi, əsl xanəndə. Neçə-neçə ustad sənətkarların qiymətləndirdiyi ustad xanəndə. Muğamlarımızı, xalq və bəstəkar mahnılarını elə şövqlə, elə obrazla ifa edirdi ki, hər dəfə dinləyəndə adama yeni gəlirdi. O, özü həm də gözəl bəstəkar və şair idi. Özünün bəstələdiyi mahnılar da sevilir, dillər əzbəri olurdu. O, Allah-taalanın sevdiyi tək-tük sənətkarlardan idi ki, səhnəyə gəldiyi ilk gündən ömrünün sonuna kimi və ölümdən sonra da populyarlığını itirmədi.

AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti Məmmədbağır Bağırzadənin anadan olmasının 75-ci ildönümü tamam olur.

Onun sənət yolu toy və el şənliklərindən başlayıb. O, adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edib. Məmmədbağır Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olub. Müğənninin repertuarına Oqtay Kazımovun, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil idi.

Sözləri və musiqisi Məmmədbağır Bağırzadəyə aid olan “Səməni, nazlı gəlin”, “Hülya”, musiqisi Ələkbər Tağıyev, sözləri Hafiz Baxışa aid olan “Azərbaycan oğluyam” və digər nəğmələr bu gün də başqa ifaçılar tərəfindən səslənməkdədir.

İstər ifa etdiyi muğam, təsnif və mahnılar, istərsə də özünün bəstələdiyi əsərlərlə milyonların sevimlisinə çevrilən Xalq artisti Məmmədbağır Bağırzadənin Azərbaycan musiqi sənətində özünəməxsus yeri var. Hansı janrda ifa etməyindən asılı olmayaraq onun özünəməxsus ifa üslubu və ürəyəyatan səsi həmişə tamaşaçı zövqünü oxşayır. Cəmi 55 il ömür sürməyinə baxmayaraq parlaq istedadı və bənzərsiz ifa tərzi ilə seçilən istedadlı sənətkarın yazdığı və oxuduğu musiqilər zamana sığmır...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 İyul 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri