Icma.az
close
up
RU
Xalq artisti qızından şikayət etdi: “Brilyantları qaytarmır” VİDEO

Xalq artisti qızından şikayət etdi: “Brilyantları qaytarmır” VİDEO

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Xalq artisti, məşhur rəqqasə Roza Cəlilova qızı Yeganə Aslanovadan polisə şikayət edib.

Bakupost.az olay-a istinadla xəbər verir ki, Səbail Rayonu 9-cu Polis Bölməsinə müraciət edən sənətkar qızının ondan zinət əşyalarını alıb qaytarmadığını iddia edib.

O bildirib ki, 4 ədəd brilyant qaşlı sırğa və başqa bahalı aksessuarları qızından ala bilmir.

96 yaşlı Cəlilova OLAY-a faktı təsdiqləyib və ikinci dəfə qızından polisə şikayət etdiyini bildirib:

“Oğlum və qızım hər ikisi savadlı insanlardır. Onların bir-biriləri ilə yola getməməsi məni çox əzir. Bu, çox çətindir, amma dözürəm. Mən harasa gedəndə öz hədiyyələrimi övladlarıma tapşırmışam. Onlara əmanət verirəm, onsuz da əvvəl-axır onların olacaq. Bir də var ki, əmanət edirəm, sonra gəlib görürəm ki, yoxdur. Həmişə ana-nənə övladlarına gələcək üçün yadigar saxlayırlar.

Hadisə olub, insanın acığına gəlir. Bu, bir evdir, hamısı sizindir, niyə yola getmirsiniz? Pis şeydir. Oğlum çox ağıllı və savadlıdır. O, hər şeyə dözür. Qızımın xasiyyəti çətindir, sözə baxmır. Onun da xarakteri elədir. Yaxşı olar ki, ailə möhkəm olsun, bir-birini sevsin. Bilmirəm, zinət əşyalarım necə itib. Az şey deyil, 4 ayrı brilyantdır. İndi vəziyyət elə yaranıb ki, ona ehtiyacım var.

Qızımla bu yaxınlarda görüşdüm, polisə ərizə yazacağımı bildirdim, şikayət etdim. Fikirləşdim ki, bu bir az mədəniyyətsizlik kimi çıxır, geri çəkim. Şikayəti geri çəkdim, onda da dedi ki, qızıllar itib. Bəs kim aparıb? Necə ola bilər? İtibsə, canı sağ olsun, lakin çox müəmmalıdır.

Vəziyyətimiz ağırdır, güclə dolanırıq. Qızımdan soruşdum, dedi ki, oğurlayıblar. Məndə elə xasiyyət var ki, hər şeyə inanıram. Ola bilər ki, götürüblər, yenə də müəmmalıdır. Ona əlimlə əmanət etdim, dedim, saxla, övladların var. Qızıllarım qızım Yeganədə çox qaldı, ola bilər ki, kimsə götürüb. Dörd brilyantdır. Kim onu götürüb? Onun evindən gedib. Dedim, necə oldu getdi? Görmürdün ki, özgə malıdır? Mənə qızılların itdiyini şikayət edəndən sonra dedi ki, oğurlayıblar.

Bunu əvvəldən desən, söhbəti açmazdım. Bunları kim oğurlayıbsa, onu tapmalıyam. Sənə vaxt verirlər, axtar tap. Çünki oğlumun ehtiyacı var. Soruşdum ki, onlar haradadır? Dedi ki, oğurlayıblar. Balaca şey deyil, kim götürübsə, axtarıb tap. Ərizəni geri çəkdim ki, camaat eşitməsin, çünki uzaq deyil, qızımdı. Ya qaytarsın, ya da pulunu göndərsin. Adam özününkünə bunu etməz. Mənim qızım düz etmədi. Gərək gəlib deyərdi, ana, ikisini verirəm, üçü qalsın. Deyərdim, nəvələrimə qalar, danışmazdım”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 Avqust 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri