Xalq artisti Röya Ayxandan nümunəvi addım tanımadığı qıza əlil arabası hədiyyə etdi
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın sevilən sənətçisi, xalq artisti Röya Ayxan sənətindən savayı xeyirxah əməlləri ilə də daim gündəmdədir. Bu dəfə o, təsadüfi qarşılaşma zamanı ürəkləri isidən bir addım atıb.
Belə ki, təyyarə səfəri zamanı Röya Ayxana yaxınlaşan gənc xanım ondan bacısı üçün əlil arabası istədiyini bildirib. Maddi imkanlarının məhdud olduğunu deyən həmin xanım, Röya xanımın daim insanlara yardım etdiyini bildiyini və ümidlə müraciət etdiyini qeyd edib.
Röya Ayxan isə bu çağırışı cavabsız qoymayaraq, həmin xanımın bacısına ən yaxşı keyfiyyətdə əlil arabası alaraq hədiyyə edib. Xeyirxahlığına görə minnətdarlıq hissi keçirən ailə, təşəkkürünü video şəklində sənətçiyə çatdırıb.
Bu hadisə bir daha sübut edir ki, Röya Ayxan yalnız səhnədə deyil, gündəlik həyatda da sevgi və mərhəmətlə seçilən nadir sənətkarlardandır.
Baxış sayı:90
Bu xəbər 08 İyul 2025 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















