Icma.az
close
up
RU
Xalq artisti Şəfiqə Eyvazova: Əmim kamança çalmağa qoymurdu, atam onun sözünə baxmadı MÜSAHİBƏ

Xalq artisti Şəfiqə Eyvazova: Əmim kamança çalmağa qoymurdu, atam onun sözünə baxmadı MÜSAHİBƏ

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Milli Konservatoriyanın binasına çatanda özümü dərsə tələsən tələbə kimi hiss etdim. Ta ki, giriş qapısını səhv salana qədər. O zaman anladım ki, yox, mən burada oxumuram — sadəcə müsahibə alacağım sənətkarın 50 ildən artıq pedaqoji fəaliyyəti məni qeyri-ixtiyari şəkildə dərs otağına tələsdirir. Nəhayət, giriş qapısını tapıb dərs üçün... bax, yenə özümü tələbə kimi hiss etdim — yox, müsahibə üçün onun otağına qalxdım.

Azərbaycan Respublikasının Xalq artisti Şəfiqə Eyvazovanın APA-ya müsahibəsi

- Bağışlayın, gecikdim.

- Narahat olmayın, Şəfiqə xanım, tələsmirik.

- İnanırsınız, çoxdandır müsahibə vermirəm, bilmirəm nədən başlayım.

- Ürəyiniz nədən istəyir, elə ondan da başlayın.

Fotoqrafımız İlkinin əlindəki fotoaparatı görüb:

- Aaa, çəkiliş var? Bilsəydim, özümə bir az sığal çəkərdim (gülür).

- Ehtiyac yoxdur, belə də gözəlsiniz.

Bir neçə saniyəlik sükutdan sonra soruşuram:

-50 ildən çoxdur pedaqoqluq edirsiniz, yorulmamısınız?

- İnanırsınız ki, yorulmuram, mən ifaçılıqdan daha çox pedaqoji fəaliyyətə üstünlük verdim, çünki insan getdikcə yaşlanır və cavanlara yol göstərmək lazımdır. Bu bir növ ənənədir, mən də buna davam edirəm, ona görə də yorulmuram, bezmirəm. Hərdən ifaçılıq da edirəm. Keçən ay Beynəlxalq Muğam Mərkəzində çıxışım olub, bu ay da olacaq. Yəni həvəsim olanda çıxışlar edirəm.

Zeynəb Xanlarova bizim qonşuluqda yaşayırdı

- Şəfiqə xanım, sualım bir az sadəlövh səslənə bilər, bəlkə də mənə qədər sizdən bu barədə dəfələrlə soruşublar. Amma bir də öz qulaqlarımla eşitmək istərdim: Kamançaya həvəsiniz necə yarandı?

- Mən hələ orta məktəbdə oxuyanda baxdığım filmlərdə məzmundan çox musiqiyə fikir verirdim. Hind, ərəb, Azərbaycan filmlərində yalnız musiqi diqqətimi çəkirdi. Valideynlərimə deyirdim ki, məni kinoteatra aparın. 9 yaşımda artıq mən məktəbin radioqovşağında 15 dəqiqəlik fasilədə oxuyurdum. Yəni musiqiyə həvəsim çox idi. Sonradan anam mənə dedi ki, əmisi oğlu sazda ifa edib oxuyurmuş. Ana tərəfdən bizdə musiqiçilər olub. Anamın babası da aşıq olub - aşıq Çıraqəli. Ata nəslimdə də sənət adamları olub. Bu bir qoldur da, oğlum, bizə qədər gəlib çıxıb. Amma ailəmizdə musiqi işi qardaşımla başlayıb. O, 6 yaşında qarmona gedib, 10 yaşında isə mən kamançaya getmişəm. O vaxta qədər ərəb, hind mahnılarını oxuyurdum, amma qardaşım dedi ki, oxumaq olmaz. Özü də sizə deyim, o vaxt Zeynəb Xanlarova bizim qonşuluqda yaşayırdı.

- Niyə oxumağa qoymadı? Üstəlik Zeynəb xanım da qonşunuz olub, stimul olardı.

- Nə bilim vallah. Nəsə istəmirdi. Atamın kamançadan xoşu gəlirdi, həmişə mənə deyirdi ki, necə edim, o aləti sənə göstərim? Televizor yox, bir şey yox. Bir gün dedi, gəl, səni aparım filarmoniyaya. Orda mənə göstərib dedi ki, qızım, istəyirsən səni qoyum kamançaya? Dedim istəyirəm. İndi bilmirəm doğrudan istəyirdim, ya yox...

- Bəlkə sizin vaxtınızda qadın instrumental ifaçıların az olması ailələrdə etirazlara səbəb olub?

- Ola bilər, amma indi qadın ifaçılar çoxdur. Vasif Adıgözəlov Asəf Zeynallı adına Musiqi Məktəbində qızlara deyirdi ki, siz Şəfiqənin çörəyini yeyirsiniz.

Bu dəqiqə abır-həya rol oynamır

- Necə düşünürsünüz, siz də Əhsən Dadaşovun çörəyini yeyirsiniz? Çünki, sizin məşhurlaşmağınızın əsas səbəblərindən biri Əhsən müəllimin ansamblında ifa etməyiniz olub.

- Əhsən müəllim olmasaydı, məni çətin tanıyardılar. Mən elə adamam ki, heç Mədəniyyət Nazirliyinin qapısını fərli tanımıram. Məndə özünü gözə soxmaq olmayıb, olmayacaq da. Qızım da, yoldaşım da mənim kimidir, bizdə özünü gözə soxmaq yoxdur. İndiki vaxtda bu pisdir, bu dəqiqə abır-həya rol oynamır. Mənim kimi musiqiçilər bu zəmanədə azdır. Amma Əhsən müəllim mənə solo ifalar verdikcə, xalq məni tanıdı. Bəzən özüm çox sola ifa etdiyimə görə etiraz edirdim ki, camaatın zəhləsini tökməyim, məni görməkdən bezməsinlər.

- Əhsən müəllim solo ifaları daha çox sizə həvalə etdiyinə görə özünüzə qarşı qısqanclıq hiss etmirdiniz?

- Ansamblda qadınlar olmadığına görə qısqanclıq da yox idi. Mən kişilər arasında ilk qadın solo ifaçı olmuşam.

Həyatında dikdaban geyinməyən Şəfiqə həmin günü dikdaban geyindi

- Necə oldu ki, Əhsən Dadaşovun ansamblına gəldiniz?

- Mən Asəf Zeynallı adına Musiqi Məktəbinin 2-ci kursunda oxuyurdum. Səid Rüstəmovun orkestrinə girməyi çox istəyirdim. Elə oldu ki, müəllimimdən icazə aldım, o da sağ olsun, dedi get. Ailədə də vəziyyət yaxşı deyildi, tək atam işləyirdi, çətinlik var idi. Gəldim orkestrə, 16 yaşım hələ tamam olmamışdı, uzun saçım var idi. Topalayıb başımın üstünə yığdım ki, boyum bir az hündür görünsün. Həyatında dikdaban geyinməyən Şəfiqə həmin günü dikdaban geyindi. Nə isə, müəllim məni yoxladı, dedi nə çalacaqsan? Dedim Rast. Rast da adi kök deyil, kökü başqadır. Hafiz Mirzəliyev mənə yaxınlaşdı, kamançanı alıb kökləmək istədi. Uşaq idim axı. Dedim yox-yox, mən özüm. Bu cəhət müəllimlərin xoşuna gəlib. Bir gün “Asəf Zeynallı”da dərsdə oturanda Əhsən müəllim gəldi, onda mən onu tanımırdım. Gəlib müəllimimə dedi ki... Müəllim də erməni idi, 9 il mənə dərs deyib. Hə, dedi ki, dünən bu qız ifa elədi, təzə ansambl düzəltmişəm, istəyirəm bu qız ora gəlsin. Təsadüf deyək, Allahın qisməti deyək, mən həm orkestrə, həm də Əhsən müəllimin ansamblına qəbul oldum.

Əhsən Dadaşovun ansamblı fərqlənirdi

- Ansambldan nə vaxt ayrıldınız?

- (Köks ötürür) Əhsən müəllim öləndən sonra. Ha çağırdılar getmədim, çünki o cürə dahidən sonra başqasını qəbul edə bilmərəm. Mənim burda “Əhsən” ansamblım var idi, orda Əhsən müəllim bir vaxtlar bizə nə deyibsə, mən də onu uşaqlara tətbiq edirdim. Əhsən Dadaşovun ansamblı fərqlənirdi, çünki onun öz dəsti-xətti var idi. Mən də çalışırdım o tələbkarlıqla yanaşım ansambla. Konsert də verdik, qızım Mehri də “Əhsən” ansamblının üzvü idi.

- Bəs “Əhsən” ansamblının axırı necə oldu?

- İndi yoxdur, dağılıb.

- Niyə?

- O ansamblın təşkilatçısı var idi, Elşən Tahirov, o, özü dağıtdı. Gəlmədi, uşaqları yığmadı, mənim də o halım yoxdur, yaşım o yaş deyil. Elşən də ondan istifadə edib dağıtdı.

- O vaxtlar kişilərin çox olduğu kollektivdə qadının seçilməyi pis qəbul olunmurdu? Üstəlik siz dağlısınız, dağlılar da mühafizəkar olur.

- Məni kamançaya qoyanda əmim icazə vermirdi. Əmim atamdan 17 yaş böyükdür. Deyirdi qız nədir, kamança nədir. Təbii ki, “Dağlı məhəlləsi” idi. Orada çətin qəbul edilir belə şeylər, amma atam onun sözünə baxmadı, atam həmişə mənə dəstək olub.

- Bu gün gənc kamança ifaçıları var ki, müxtəlif eksperimentlər edir. Buna münasibətiniz necədir?

- Mən elə şeylərin əleyhinəyəm, oğlum. Bilirsiniz, o eksperimentləri mütəmadi etmək olmaz. Biz də onlardan etmişik, amma bir dənə edib çəkildik kənara. Sonra kamançanı şişin üstünə qoyub ifa edirlər, mən onun da əleyhinəyəm. Hər yerdə onu etmək olmaz, bu klassikaya uyğun deyil.

Habil Əliyevlə bərabər klassik ifaçıları dinləsinlər

- Bəzi adamlar deyir ki, Habil Əliyev “bir nömrə” idi. Ümumiyyətlə, sənətdə “bir nömrə”, “iki nömrə” kimi anlayışlar var?

- Habil müəllim bir dönüş yaratdı, stili dəyişdirdi. Bir az ah-naləyə daha çox üstünlük verdi. Amma mən düşünürəm ki, gənclər Habil Əliyevlə bərabər klassik ifaçıları dinləsinlər. Yəni kopya etməsinlər, pis-yaxşı öz yolları olsun.

- Uzun illərdir konservatoriyada dərs deyirsiniz. Nələri müşahidə etmisiniz gənc ifaçılarda, nə çatmır?

- Gənclər çoxdur, amma üç, dördündən başqa həvəsi olan yoxdur. Bir də gənclərdə klassikadan uzaqlaşma var. Bilirsiniz, musiqiyə yanaşma, duyum məsələləri var. Hər adam musiqini yaxşı təqdim edə bilmir. O klassikadan qaçanlar yaşlananda başa düşəcəklər ki, klassika elə klassikadır.

- Qadın sənətçi üçün ilk növbədə ailədir, yoxsa sənət?

- Ailə, ailə, yenə də ailə. Düzdür, mən ailə qurmayan vaxtları deyirdim mənim üçün əsas kamançadır, sənətdir, öləndə məni kamança ilə basdırın, belə, elə... Sonra başa düşürsən ki, yox, elə deyil, ailə vacibdir.

- Yoldaşınız kamança ifaçısıdır, qızınızın necə, sənət adamı ilə ailə qurmağına razı olarsınız?

- Kim olur, olsun. Əsas odur insan olsun. Sizə deyim ki, qızımın musiqidə də, həyatda da bəxti yoxdur. Heç Mədəniyyət Nazirliyi onu tanımır, üç, dörd adam gedir xaricə, vəssalam. Bu qız qocaldı ki... Nazirlik xətti ilə dövlət tədbirlərinə nə vaxt gedəcək? Görmürlər, oğlum. Mənim özümə də evi hamı alandan sonra verdilər, 70 yaşında almışam evi. Elələri var idi ki, 40 yaşında alırdı. Çünki heç kimin qapısını döymədim, üzlülük etmədim. Neçə illər Buzovnadan gəlirdim şəhərə. Lap Xalq artisti də oldum, yenə Buzovnadan gedib-gəlirdim. İndi də qızım mənim taleyimi yaşayır.

- Bildiyim qədər Mikayıl Müşfiqlə qohumluğunuz var.

- Müşfiq anamın babasının bibisi oğlu olub, belə deyirdi anam. Anamın bir əmisi oğlu Əlihüseyn Dağlı da Müşfiqin qohumu olub. O da Mircəfər Bağırovun müşaviri olub. Anam danışardı ki, bəs o vaxt Əlihüseyn Müşfiqə görə Səməd Vurğuna şillə vurub. Bu söhbət yayılandan sonra onu sürgünə göndəriblər. Hər halda anam belə danışardı. O, həmişə bizlə Müşfiq barəsində söhbət edərdi. Onun şeirlərini də çox sevirəm.

Söhbətimizin sonuna yaxın qəlbim Mikayıl Müşfiqin misraları ilə dolur...

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 May 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 ci ildönümü ilə əlaqədar “Sən elə bir zirvəsən” adlı konsert proqramı keçirilir

07 May 2025 20:28see194

Almeda Survivor dan QOVULDU

07 May 2025 02:18see143

ABŞ məhkəməsi Trampın bu tələbini rədd etdi

06 May 2025 18:35see130

Mənzurə Musayeva tanınmış həkimdən şikayətçidir: Sifətimin bir tərəfini dartıb, birini boşaldıb

06 May 2025 18:36see129

Yalnız bu şərtlə Paşinyanın növbəti seçkilərdə qələbə əldə etməsi mümkündür

07 May 2025 15:08see128

Şəhərin mərkəzi küçəsinin ortasında konsert VELOSİPED ZOLAĞI VƏ SƏKİ ZƏBT EDİLDİ VİDEO

06 May 2025 20:24see124

“İnter”in tarixində 7 ci final

07 May 2025 08:55see123

Yaponiya klubu Bakıya gəlir

07 May 2025 14:16see123

Alimlər fiziki ölümdən sonra insanı nələrin gözlədiyini müəyyən edib

07 May 2025 17:21see122

Selin Dion 37 ildən sonra Avroviziya da səhnə ala bilər

07 May 2025 13:11see121

Qazaxıstanda paradı çəkən qadına dron xəbərdarlıq etdi: Pəncərədən uzaqlaşın

08 May 2025 03:14see120

İngiltərə Premyer Liqasında mediaya daha çox diqqət ayrılacaq

06 May 2025 23:20see120

ABŞ Qrenlandiya ilə bağlı kəşfiyyat məlumatlarının toplanmasını gücləndirir

07 May 2025 06:18see117

Çoxları bizə inanmırdı Əşrəf Hakimi

08 May 2025 01:38see117

Motosikletin qabağını qaldırıb şou göstərdi, 1850 manat cərimələndi VİDEO

06 May 2025 22:13see116

Ulu Öndərin anadan olmasının 102 ci ildönümünə həsr edilən tədbir keçirilib

06 May 2025 18:35see116

Türkiyədə yaşayan azərbaycanlı aktrisadan eyvanda açıq saçıq FOTOSESSİYA

08 May 2025 02:02see115

Malları sərnişinlərə paylayıb gömrükdən keçirdi

07 May 2025 17:28see115

Paraüzgüçümüz şəxsi rekordunu yeniləyib

07 May 2025 14:37see112

Türkiyədə zəlzələ oldu

07 May 2025 09:41see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri