Xalq artisti Tünzalə Ağayeva bu dəfə onunla duet oxudu VİDEO
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Xalq artisti Tünzalə Ağayevanın növbəti uğurlu işə imza atıb.
Gununsesi.info xəbər verir ki, pop ulduz bu dəfə gənc həmkarı Rəvan Qaçayevlə duet ifa edib. Milli ab-hava olan aşıq mahnısı “Cəngi Koroğlu” adlanır.
“Koroğlu” dastanından olan əsər musiqisevərlər tərəfindən böyük maraqla qarşılanılıb.
Xalq artisti yaranan işlə bağlı təəssüratlarını bölüşüb: “Mən aşıq elinin övladıyam. Ruhuma aşıq, ozan musiqisi hopub. Köklərimizə toxunmaq, məşhur aşıqlarımızın səsləndirdiyi “Cəngi Koroğlu” dastanını yenidən, fərqli yanaşma ilə ifa eləmək inanılmaz möhtəşəm duyğudur. Mən nə qədər də pop janrı ilə məşğul olsam da ilham aldığım yer məhz milli və aşıq musiqisidir. “Koroğlu Cəngisi”ni də xüsusi sevirəm. Çox vətənpərvər əsərdir. Duet tərəfdaşım Rəvan Qaçayevi çox bəyənirəm. Onun səsinə heyranam. Əldə elədiyi bütün uğurlara çox sevinərəm. Bu işimizi böyük tədbirlərin birində təqdim etdik. Mahnının ritmləri, ab-havası məndə çox fərqli hisslər yaşadır. İlkin Valehoğluya da təşəkkür edirəm. O, bu işdə bütün incə detalları yüksək peşəkarlıqla önə çıxardıb. Biz ənənəmizə, irsimizə, kökümüzə çox ehtiyatla yanaşırıq. Hər bir işimdə də buna diqqət edirəm. Bir daha hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, əsərin yeni aranjımanını İlkin Valehoğlu edib.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 02 Dekabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















