Icma.az
close
up
RU
Xalq artisti Vamiq Məmmədəliyevin iştirakı ilə Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə silsilə ustad dərslərinə başlanılıb FOTO

Xalq artisti Vamiq Məmmədəliyevin iştirakı ilə Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə silsilə ustad dərslərinə başlanılıb FOTO

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə 8-18 oktyabr tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün silsilə ustad dərsləri keçirilir.

Dahi bəstəkar, musiqişünas, təhsil təşkilatçısı və pedaqoq Üzeyir Hacıbəylinin (1885-1948) 140 illik yubileyinə həsr olunan ustad dərsləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı - Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşir. 
Kövkəb Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbində tar ixtisası üzrə ustad dərsi keçirilib. Görkəmli tarzən, pedaqoq, Xalq artisti, professor Vamiq Məmmədəliyev tərəfindən aparılan dərsdə müəllim və şagirdlər iştirak ediblər. 
MEMİM-in direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Elkiyar Ziyadov çıxışlarında layihənin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, əsas məqsəd musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğunlaşdırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin bilik və bacarıqlarının zənginləşdirilməsidir. Ustad dərsləri tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs olmaqla 12 ixtisası əhatə edir. 
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə təntənə ilə qeyd edilir, onun mədəniyyətimizin inkişafına verdiyi misilsiz töhfələr minnətdarlıqla yada salınır. Bildirilib ki, musiqi mədəniyyətimizə şah əsərlər bəxş edən dahi bəstəkarın əsasını qoyduğu tədris ənənələri bu gün uğurla davam və inkişaf etdirilir.
Sonra Xalq artisti Vamiq Məmmədəliyev tar aləti və onun ifaçılıq xüsusiyyətlərindən bəhs edib. Şagirdlərin ifasını dinləyən ustad tarzən öz tövsiyələrini verib, müəllim və şagirdlərin suallarını cavablandırıb.
Həmin gün Bakı şəhər Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbində isə qanun ifaçılığı üzrə ustad dərsi təşkil olunub. 
MEMİM-in Strateji təhlil və təlimlərin təşkili şöbəsinin müdiri Əməkdar mədəniyyət işçisi Lalə Kərimova çıxış edərək layihə barədə məlumat verib, Üzeyir Hacıbəylinin mədəniyyət tariximizdəki müstəsna yerindən danışıb. 
Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Təranə Əliyevanın iştirakı ilə keçirilən dərsdə şagirdlərin ifası dinlənilib. T.Əliyeva qanun alətinin spesifik xüsusiyyətləri barədə məlumat verib, ifaçılıq texnikası ilə bağlı tövsiyələrini diqqətə çatdırıb. 
Qeyd edək ki, Bakı, Xırdalan və Sumqayıt şəhərlərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində keçirilən ustad dərsləri respublikanın tanınmış musiqiçiləri, professor və müəllimləri, eləcə də təcrübəli mütəxəssislər tərəfindən aparılır.
İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Oktyabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri