Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə ustad dərsləri keçiriləcək
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 6 oktyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı – Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə oktyabrın 8-dən 18-dək bu idarələrin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, dahi bəstəkar, musiqişünas və pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə həyata keçirilən layihənin əsas məqsədi musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğunlaşdırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin bilik və bacarıqlarının zənginləşdirilməsidir.
Ustad dərsləri tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, skripka, violonçel, klarnet, vokal və rəqs ixtisaslarını əhatə edəcək.
Bakı, Xırdalan və Sumqayıt şəhərlərində keçiriləcək ustad dərslər respublikanın tanınmış musiqiçiləri, professor və müəllimləri, eləcə də təcrübəli mütəxəssislər tərəfindən aparılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 06 Oktyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















