Icma.az
close
up
RU
Xalq artisti və əməkdar mədəniyyət işçisi “Muğam” müsabiqəsindəki narazılıqdan DANIŞDI: “Münsiflər tərəf tuturlar, çünki…” KONKRET

Xalq artisti və əməkdar mədəniyyət işçisi “Muğam” müsabiqəsindəki narazılıqdan DANIŞDI: “Münsiflər tərəf tuturlar, çünki…” KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

IX “Muğam” Televiziya Müsabiqəsi ilə bağlı qalmaqal səngimək bilmir. İştirakçılar sosial şəbəkələrdə münsiflərin qərarlarını haqsız hesab etdiklərini açıqlayırlar. Hətta təltif olunanlar arasında öz hədiyyələrindən imtina edənlərə də rast gəlinir. Bütün bunlar azmış kimi, mərhum xanəndə Arif Babayevin vəfat etməsindən sonra müsabiqədə ayrı-seçkilik yaşandığını deyənlər də tapılır. Qarabağ bölgəsindən olan ifaçıların sıxışdırıldığı haqda məlumatlar dolaşır. Səbəbdən asılı olmayaraq budəfəki müsabiqədən narazı qalanların sayının çoxluğu göz qabağındadır. Bəs görəsən, iştirakçılar və ifaçılar nədən narazıdırlar, Ümumiyyətlə, onların bu cür davranışı düzgündürmü?

Məsələ ilə bağlı Azərbaycan Respublikasının xalq artisti Şeyx Əbdül Mahmudov KONKRET.az-a açıqlama verib.

Onun sözlərinə görə, müsabiqənin təşkilində ciddi qüsurlar var:

“Birinci növbədə münsiflərin sayı çoxdur. İkincisi, bu yarışmada istedadlı ifaçıların deyil, əsasən konservatoriya tələbələrinin iştirakı nəzərə çarpır. Kənddən, rayonlardan gələn istedadlı uşaqları peşəkar təhsil alan tələbələrlə eyni sırada yarışdırmaq düzgün deyil. Bu yanaşma haqsızlıq yaradır. Yarışmanın adı əslində “İstedad axtarıram” olmalı idi”.

Şeyx Əbdül Mahmudov əlavə edib ki, tələbələrin müəllimlərinin münsiflər heyətində təmsil olunması obyektivliyin qarşısını alır:

“Müəllimlər öz tələbələrinə tərəfkeşlik göstərirlər. Bu səbəbdən “üz-üzdən utanır” məsəli tətbiq edilir. Əslində ayrıca yarışmalar keçirilməlidir, biri konservatoriya tələbələri, digəri isə bölgələrdən gələn istedadlı uşaqlar üçün. Yalnız bu halda ədalət təmin oluna bilər”.

Mədəniyyət xadimi vurğulayıb ki, muğam ilahi dəyərdir və onun üzərində qərəzli yanaşma yolverilməzdir:

“Muğam elmi əsaslarla Üzeyir Hacıbəyov tərəfindən bizə miras qalıb. Mehriban Əliyeva bu sahəyə böyük diqqət və maliyyə ayırır. Məqsəd qeyri-adi səsi olan uşaqları üzə çıxarmaq və onları peşəkar xanəndə kimi yetişdirmək olmalıdır”.

Mövzuya münasibət bildirən Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi isə fərqli yanaşma sərgiləyib. Onun fikrincə, hər bir yarışmada məğlubların narazılığı qaçılmazdır:

“Siz bu vaxta qədər hansısa müsabiqədə uduzan iştirakçının narazılıq etmədiyini, qələbəyə layiq olmadığını deməsini görmüsünüz?  Hər kəs birinci olmaq istəyir. Amma qalib gəlməyəndə günahı başqalarında görür. Bu, bütün sahələrdə belə olub və bu cür də qalacaq”.

Beləliklə, IX “Muğam” Televiziya Müsabiqəsi ətrafında yaranmış mübahisələr göstərir ki, mövzu həm sənət adamlarını, həm də ictimaiyyəti iki yerə bölüb. Bir tərəf təşkilati qüsurlardan, digəri isə məğlubların təbii narazılığından danışır.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Avqust 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see152

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri