Xalq artistinin son durumu açıqlandı
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
“Dekabrın 16-da gecə saat 01:30-da, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nəsimi rayonu ərazisindən çağırış daxil olub. 83 yaşlı Xalq artisti Ofeliya Sənani ağciyər ödəmi diaqnozu ilə Xətai Tibb Mərkəzinə təxliyə edilib”.
Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib:
“Hazırda müvafiq müalicələr nəticəsində Ofeliya Sənaninin vəziyyəti stabildir”.
Qeyd edilib ki, xəstənin bir neçə gün reanimasiyada saxlanılması və sonradan palataya köçürülməsi planlaşdırılır.
Baxış sayı:84
Bu xəbər 17 Dekabr 2024 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















