Xalq artistinin xanımı: Qədir Rüstəmova silah vermişdilər
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
"Qədir Rüstəmov Ağdam işğal olunandan sonra toylara getmədi".
Milli.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında mərhum Xalq artisti Qədir Rüstəmovun həyat yoldaşı Fatma Rüstəmova deyib.
O, bildirib ki, Qədir Rüstəmov ancaq hərbi hissələrə gedirdi, əsgərlərin toyunda oxuyurdu:
"İşğaldan sonra ömrünün qalan hissəsini hərbi hissələrdə keçirib. Qədir müəllim orada yatıb, orada dururdu. Ona geyim də vermişdilər, silah da. Mən çox istəyirdim ki, Qədir müəllimə hərbi titul versinlər. Verməsələr də Qədir müəllimi mən milli qəhrəman hesab edirəm. O, ömrünü cəbhədə keçirib. Nə olsun ki, xanəndə idi?! O qədər vətənpərvər, vətənini, torpağını sevən şəxs idi ki...
Cəbhədən kənarda yaşaya bilmirdi. Elə bilirdi ki, əsgərlərin yanında olanda Ağdamı daha tez işğaldan azad edəcəklər. Hərbi hospitallara gedib yaralı əsgərlər üçün mahnılar oxuyurdu. Vətənin çətin günlərində öz köməyini bu cür göstərirdi, əlindən gələni əsirgəmirdi".
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 06 Aprel 2026 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















