Xalq artistlərinin ifası müzakirələrə yaratdı: Adam öldürməmişik ki, oxumuşuq da VİDEO
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Xalq artistləri Nazpəri Dostəliyeva, Təyyar Bayramov və Samir Cəfərovun ifası sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Ölkə.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Sosial şəbəkə istifadəçiləri xüsusilə Təyyar Bayramov və Samir Cəfərovun xaric oxuduqlarını yazıblar.
Hətta onların zarafat etdiyini yazanlar da olub.
Ölkə.Az yazılanlarla bağlı fikirlərini öyrənmək üçün Xalq artisti Samir Cəfərovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında insanların onların uğurlarından yox, belə hallardan danışmasından gileylənib.
Sənətçi ifa zamanı bəzən belə halların yaşandığını deyib:
“İnanırsınız, mən o videoya baxmamışam. İfa etmişik, nə olacaq? Dünya dağılmayıb ki?! Adam öldürməmişik. Ekspromt bir şeydir.
Maraqlıdır ki, Təyyar da, mən də nə qədər gedib konkurslarda yer tuturuq, Azərbaycanın adını yüksəklərə qaldırırıq bu haqda gündəm yoxdur. Sənətdən xəbəri olmayan hər hansı bir adam götürür nə isə yazır. Bu, bir az faciədir”, - deyə o əlavə edib.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 15 Avqust 2025 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















