Xalq Bank dan girovsuz biznes krediti
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Xalq Bank" yeni kredit kampaniyası ilə biznes fəaliyyəti ilə məşğul olan sahibkarlara daha sərfəli və əlçatan maliyyələşmə imkanları təqdim edir.
Modern.az xəbər verir ki, kampaniya çərçivəsində sahibkar fiziki şəxs və hüquqi şəxslər 50 000 AZN-dək biznes kreditini illik 13 %-lə və 48 ayadək müddətə girov təminatı olmadan əldə edə bilərlər. Kampaniyadan yararlanmaq üçün sahibkarlıq fəaliyyətinin minimum müddəti 12 ay olmalıdır.
Qeyd edək ki, kampaniya müddəti ərzində təminatlı kreditlər 72 ay müddətinə və illik 13 %-dən başlayan faizlərlə təqdim edilir. Həmçinin, 300 000 AZN-dək və 48 ayadək təklif edilən təminatlı kreditlər üzrə daşınmaz əmlakln sığortalanması tətbiq edilmir.
Sərfəli şərtlər sahibkarların dövriyyə vəsaitini artırmasına, eləcə də bizneslərini genişləndirmək üçün əlavə maliyyə dəstəyi əldə etməsinə imkan yaradır.
Qeyd edək ki, kampaniya 30 dekabr 2026-cı ilədək qüvvədədir.
Kampaniyadan yararlanmaq üçün sahibkarlar Xalq Bankın ölkə üzrə bölgələr də daxil olmaqla, 31 filialdan ibarət geniş filial şəbəkəsinə müraciət edə bilərlər.
"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, //www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 05 Avqust 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















