Icma.az
close
up
RU
Xalq Bank ölkənin investisiya xidmətləri həyata keçirilməsinə lisenziya alan ilk kommersiya bankı oldu

Xalq Bank ölkənin investisiya xidmətləri həyata keçirilməsinə lisenziya alan ilk kommersiya bankı oldu

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Mərkəzi Bankının 7 may 2025-ci il tarixli İXB-01 saylı Lisenziyasına əsasən, ASC “Xalq” Bankı ölkənin investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə icazə verilən ilk kommersiya bankı statusunu qazandı.
Bu mühüm addım ölkənin bank sektorunda yeni bir mərhələnin başlanğıcını qoyur. Bu lisenziya Xalq Banka geniş spektrli maliyyə xidmətləri təqdim etmək imkanı verərək bankın bazardakı mövqeyini daha da gücləndirəcək və fəaliyyətini yeni mərhələyə daşıyacaq. Bununla da müştərilərinə kapital bazarlarında geniş imkanlar açan Xalq Bank onlara qiymətli kağızlarla əməliyyatların aparılması və digər kapital bazarı xidmətlərini bank vasitəsilə həyata keçirmək imkanı qazandıracaq. Səhm və istiqrazlarla əməliyyatların Bankın XalqOnline mobil tətbiqi vasitəsilə rahatlıqla icrası mümkündür.
Xalq Bankın İdarə Heyətinin sədri, Baş icraçı direktor Kamran Məcidov bildirir: “Xalq Bank üçün bu lisenziyanın əldə edilməsi, onun strateji inkişafında mühüm bir mərhələni təmsil edir. Biz müştərilərimizə çeşidli və innovativ bank xidmətləri ilə yanaşı, həm də peşəkar investisiya həlləri təklif edəcəyik. Məqsədimiz – kapital bazarının inkişafına dəstək olmaqla yanaşı, fiziki və hüquqi şəxslərin investisiya imkanlarını genişləndirməkdir. Bu fəaliyyətimiz müştərilərimizə kompleks və etibarlı maliyyə həlləri təklif etməyə imkan verməklə yanaşı, eyni zamanda ölkənin investisiya bazarlarının inkişafına töhfə verəcəkdir.”
Ötən il 20 illiyini qeyd edən və hazırda regionun ən dinamik inkişaf edən və etibarlı maliyyə institutlarından biri olan Xalq Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə fərdi və korporativ müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir. Xalq Bank aktivlərinin, kredit və depozit portfelləri həcminə görə Azərbaycanın ən böyük özəl banklarının üçlüyündədir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən,https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 May 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see205

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see166

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see161

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri