Icma.az
close
up
RU
“Xalq Bank”da əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin

“Xalq Bank”da əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Ölkənin aparıcı banklarından olan “Xalq Bank” əmanət yerləşdirən müştərilər üçün stimullaşdırıcı “Əmanət” lotereyasına start verir.

Şərtlərə əsasən, 1 aprel - 30 dekabr 2026-cı il tarixlərdə “Xalq Bank”ın Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallarında minimum 500 AZN / 300 USD, digər regionlarda yerləşən filiallarda isə minimum 250 AZN / 150 USD məbləğində əmanət yerləşdirən müştərilər lotereyada iştirak etmək şansı əldə edirlər.

Lotereyada iştirak etmək üçün müştərilər “Xalq Bank”ın “Müddətli”, “Proqress”, “VIP-Rantye” əmanət növləri üzrə depozit yerləşdirməlidirlər.

4 tirajdan ibarət olan lotereyada iştirakçıları 50 000 AZN də daxil olmaqla müxtəlif məbləğlərdə pul mükafatları gözləyir.

Daha geniş iştirak imkanını təmin etmək məqsədilə filiallar 5 qrup üzrə bölünüb:

1-ci qrup: Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallar

2-ci qrup: Gəncə, Qazax, Şəmkir, Tovuz, Mingəçevir filialları

3-cü qrup: Zaqatala, İsmayıllı, Şamaxı, Şəki, Yevlax filialları

4-cü qrup: Xaçmaz, Şabran, Qusar, Quba, Siyəzən filialları

5-ci qrup: Neftçala, Cəlilabad, Lənkəran, Şirvan, Göyçay filialları

Lotereya çərçivəsində ümumilikdə 227 qalibə pul mükafatı təqdim ediləcək. Uduş fondu cəmi 452 500 AZN olmaqla, 2 ədəd 50 000 AZN, 45 ədəd 5 000 AZN, 75 ədəd 1 000 AZN və 105 ədəd 500 AZN məbləğində pul mükafatlarından ibarətdir.

1-ci, 2-ci və 3-cü tirajlarda hər filial qrupu üzrə ayrı qaliblər müəyyən ediləcək. 4-cü tirajda isə əsas mükafat üzrə qaliblər iki qrup üzrə müəyyən olunacaq: Bakı və Sumqayıt filialları üzrə 1 qalib 50 000 AZN, region filialları üzrə isə 1 qalib 50 000 AZN qazanacaq.

Tirajların keçirilmə tarixləri: 1-ci tiraj – 10 iyul 2026-cı il, 2-ci tiraj – 12 oktyabr 2026-cı il, 3-cü və 4-cü tirajlar – 12 yanvar 2027-ci il.

Müştərilər “Xalq Bank”da 3, 6, 12, 18, 24 ay müddətində sərfəli şərtlərlə əmanət yerləşdirərək AZN üzrə illik 10.5 %-dək, USD üzrə 2.5 %-dək gəlir əldə edə bilərlər. Müxtəlif çeşidli əmanət məhsulları arasında faiz gəlirini aylıq və ya müddətin sonu təklif edən, əmanəti artırma və ya azaltma imkanları olan məhsullar arasında seçim etmək mümkündür.

Lotereyaya qoşulmaq üçün “XalqOnline” mobil tətbiqinin “Lotereya” bölməsində iştirakı təsdiq etmək tələb olunur.

Şərtlər barədə ətrafı burada.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Aprel 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri