“Xalq Həyat Sığorta”nın İdarə Heyətinə yeni sədr təyin edilib
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Xalq Həyat Sığorta” şirkətinin İdarə Heyətinə yeni sədr təyin edilib.
Bu barədə "APA-Economics" sığorta şirkətinə istinadən xəbər verir. Məlumata görə, bu vəzifəyə Orxan Əfəndiyev təyin edilib. O bu vəzifədə İsmayıl Əliyevi əvəz edib.
Qeyd edək ki, O.Əfəndiyev maliyyə sahəsində, o cümlədən sığorta sektorunda 17 illik iş təcrübəsinə malikdir. İlk peşəkar iş fəaliyyətinə 2008-ci ildə “A-Group” sığorta şirkətində aktuar kimi başlayan O.Əfəndiyev daha sonra fəaliyyətini “Azərbaycan Sənaye Sığorta” şirkətində məsul aktuar kimi davam etdirib. Bundan sonra “Günay Sığorta” və “A-Group” sığorta şirkətlərinin İdarə Heyətinin sədr müavini olub, 2019-2024-cü illərdə isə “Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 02 Aprel 2025 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















