Icma.az
close
up
RU
Xalq iqtidar həmrəyliyi Azərbaycanı daha böyük qələbələrə aparacaq DEPUTAT

Xalq iqtidar həmrəyliyi Azərbaycanı daha böyük qələbələrə aparacaq DEPUTAT

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dərin qürur, yüksək milli ruh və böyük coşqu ilə qeyd edilir. 

Bu əlamətdar tarix Azərbaycan xalqının milli birlik, həmrəylik və azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinin bariz ifadəsidir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız təqvim bayramı deyil, eyni zamanda, milli kimliyimizin, tarixi yaddaşımızın və müstəqil dövlətçilik düşüncəmizin ideoloji əsaslarını özündə ehtiva edən mühüm ictimai-siyasi gündür".

"Cebheinfo.az" xəbər verir ki, Bu fikirləri Milli Məclisin deputatı Səbinə Salmanova səsləndirib. 

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə tarixi qərar qəbul olunub. Daha sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən bu günün rəsmi bayram kimi təsdiqlənməsi azərbaycançılıq ideologiyasının dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildiyini təsdiq edib:

“Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini hər zaman milli təhlükəsizlik və dövlət maraqları baxımından strateji əhəmiyyətə malik məsələ kimi qiymətləndirib. Onun “Xalqları dil qədər, milli-mənəvi dəyərlər qədər, ənənələr qədər birləşdirən başqa bir vasitə yoxdur” fikri bu gün də öz aktuallığını qoruyur və milli həmrəyliyimizin ideoloji əsasını təşkil edir”.

Deputat vurğulayıb ki, 2001-ci il noyabrın 9-10-da keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı bu siyasətin praktik müstəvidə həyata keçirilməsinin parlaq nümunəsi olub. 

“Qurultayda dünyanın 36 ölkəsində fəaliyyət göstərən 200-dən artıq diaspor təşkilatını təmsil edən 406 nümayəndənin iştirakı azərbaycanlıların vahid milli məqsədlər ətrafında birləşmək əzmini nümayiş etdirib. Qurultayda qəbul edilən qərarlar dünya azərbaycanlılarının fəaliyyətinin koordinasiyasında mühüm mərhələ olub. 

Qurultay çərçivəsində qəbul olunmuş müraciətlərdə, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyətə ünvanlanan çağırışlar Azərbaycanın haqlı mövqeyinin dünya miqyasında çatdırılmasına xidmət edib", - deyə o diqqətə çatdırıb. 

Səbinə Salmanova qeyd edib ki, 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər xalqımızın milli həmrəyliyinin, dövlətə və orduya olan sarsılmaz inamının bariz nəticəsi olub. Bu tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünü bərpa edib, xalqımızın milli ləyaqətini və tarixi ədaləti təmin edib. 

Prezident İlham Əliyevin “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” fikri bu Qələbə ilə real məzmun kəsb edib: 

”Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə xaricdə yaşayan soydaşlarımızın nümayiş etdirdiyi yüksək fəallıq milli həmrəyliyimizin qlobal miqyasda təzahürü olub. Diaspor təşkilatlarımız yaşadıqları ölkələrdə informasiya müharibəsində fəal iştirak edərək Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırıblar". 

Deputat deyib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müasir Azərbaycan dövlətçiliyinin ideoloji dayaqlarından biridir: 

““Mən azərbaycanlıyam!” deyən hər bir soydaşımız bu günü həyat fəlsəfəsi kimi qəbul edir. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız bundan sonra da birlik və həmrəylik şəraitində yeni tarixi uğurlara imza atacaq. 

Milli birliyimiz, xalq–iqtidar həmrəyliyi və güclü dövlətçilik iradəsi Azərbaycanı daha böyük qələbələrə və davamlı inkişafa aparacaq", - deyə o vurğulayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Dekabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see334

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see243

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see236

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see167

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see151

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see149

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see137

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see135

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see135

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri