Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Azərbaycanı inanılmaz qələbələrə götürən LİDER ŞƏRH

Azərbaycanı inanılmaz qələbələrə götürən LİDER ŞƏRH

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

"Bu gün müasir Azərbaycan dövlətçiliyi özünün ən qüdrətli, güclü, möhtəşəm quruculuq dövrü ilə yanaşı, inanılmaz qələbələrə, zəfərlərə və uğurlara imza atmaqla qürurlu bir mərhələsini yaşamaqdadır. Ölkəmiz bu uğurlara müasir Azərbaycan dövlətçiliyinin meamarı və xilaskarı Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı, müdrik lider, böyük strateq, qalib sərkərdə cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində mümkün olub. Məhz cənab Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan son 21 ildə qarşısında duran bütün hədəflərə nail olaraq inanılmaz uğurlara, qələbələrə, zəfərlərə imza atıb. Çünki yürdülən siyasətin ana qayəsini Azərbaycanın milli maraqları və vətəndaşı dayanıb. Gələcəyə hesablanmış müasir dövlət modelinin qurulmasının uğurlarının əsasını milli ləyaqət, milli qürur, konkret hədəflərə xidmət edən uzaqgörən qətiyyətli siyasət təşkil edib. Yürüdülən uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa dövlət kimi beynəlxalq arenada ciddi nüfuza və söz sahibi, oyunçu rolunda  çıxış edən ölkədir".

Bunu Ölkə.Az-a açıqlamasında deputat Tahir Mirkişili deyib.

Deputat bildirib ki, cənab İlham Əliyevin Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət müasir dövlətçilik modelinin əsasını təşkil etdi: 
"Bu da öz növbəsində gələcəyə hesablanmış dövlət quruculuğunun və davamlı uğurların bünövrəsini qoydu.
Bunun üçün cənab Prezidentin rəhbərliyi dövründə ölkədə iqtisadi uğurlara nəzər salaq.
Dünya Bankının qiymətləndirmələrinə görə, 2003-2023-cü illərdə ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-nin real həcmi 4 dəfə artıb;
Dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, 2023-cü ilin sonuna bu rəqəm 3500 manatdan çoxdur; 
2003-2023-cü illərdə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. Pensiya üzrə ödənilən illik vəsait həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatıb;
2003-cü illə müqayisədə 2024-cü ildə orta aylıq əməkhaqqı 77.4 manatdan 993 manata yüksəlib;
Qeyri-neft-qaz ÜDM-i 4,1 milyard ABŞ dollarından 41,1 milyard ABŞ dollarına çatıb;
2003-2022-ci illər ərzində Azərbaycanda kənd təsərrüfatı 2,2 dəfə, nəqliyyat sektoru 4,9 dəfə, turizm və ictimai iaşə 18,9 dəfə, informasiya və rabitə sahəsi isə 23 dəfə artıb;
Strateji valyuta ehtiyatları 1,4 milyard ABŞ dollarından 66,1 milyard ABŞ dollarına yüksəlib;
2003-2022-ci illərdə ölkə iqtisadiyyatına yatırılan ümumi investisiya həcmi 310,4 milyard dollar təşkil edib;
Sənaye məhsulunun ümumi həcmində özəl sektorun payı 54,9 faizdən 87,6 faizə qədər yüksəlib;
Dövlət tərəfindən həyata keçirilən dəstək tədbirləri nəticəsində 2003-2022-ci illər ərzində iqtisadi artımın əlavə hərəkətverici qüvvəsi olan qeyr-neft-qaz sənayesində yaradılmış əlavə dəyər real olaraq 4,7 dəfə artıb;
Dövlət Proqramları əsasında regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir;
Fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-a çatıb;
Ötən müddət ərzində əsas hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 450-dən çox uşaq bağçası, 760-a yaxın tibb müəssisəsi, 17 min kilometrdən çox avtomobil yolu, 500-dən çox körpü və tunellər tikilib və ya təmir olunub, 43 Olimpiya İdman Kompleksi tikilib;
Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 22 milyard manatdan artıq vəsait ayrılmışdır (o cümlədən 2025-ci ildə 4 milyard);
Regionların sosial-iqtisadi inkişafının təmin edilməsi nəticəsində bölgələrdən daxilolmalar son 20 il ərzində 35,8 dəfə artıb".
Deputat əlavə edib ki, cənab Prezidentin qlobal çağırışlara çevik reaksiya verərək Azərbaycanın qarşısındakı hədəflərə nail olması üçün qlobal əhəmiyyətli  layihələrin təşəbbüskarı olub: "Bu layihələrin həyata keçirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafının və insanların sosial rifah halının yüksəldilməsinə xidmət edib. Bununla da btün sahələr davamlı inkişaf edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağına çevrilib.
Yürüdülən məqsədyönlü siyasət  nəticəsində Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olub. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir. Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirib. “Cənub Qaz Dəhlizi” layihəsinin icrası isə  Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb.
Enerji sahəsində olduğu kimi, Azərbaycanın yerləşdiyi coğrafiyanın yaratdığı fürsətlərdən  istifadə edən cənab Prezidentin   hədəflərə xidmət edən siyasəti nəticəsində Azərbaycan bu gün Avrasiya coğrafiyasında bir nəqliyyat, tranzit-yükdaşıma qovşağına çevrilib.  Bunun nəticəsidir ki, Azərbaycan hazırda Orta Dəhlizin əsas açar ölkəsi hesab olunur.
Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib. 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tona bərabərdir və ehtiyacdan asılı olaraq bu həcm 25 milyon tona qədər artırıla bilər".
O eyni zamanda əlavə edib ki, iqtisadi sahədə yürüdülən siaysətin digər prioritetini regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmənin, davamlı inkişafın, sosial-iqtisadi tarazlığın yaranması təşkil edib: "Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olunub və bu proses davam etməkdədir. Regionların sosial-iqtisadi inkişafını təmin etmək məqsədi ilə ölkə ərazisi  Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü təsdiqlənib. Ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirir". 
COP29-un Azərbaycanın qarşıdakı müddətdə inkişaf strategiyasında xüsusi rol oynayacağını qeyd edən deputat bildirib ki, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir. "Azərbaycanın sədrliyi ilə keçirilən COP29-da iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olundu. Azərbaycanın COP29 sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan edib. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir.
Yürüdülən uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan 2024-cü il 19 dekabr tarixində Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı təşkilata üzv qəbul edilib. Bu, bizim üçün qürur mənbəyidir. Azərbaycan digər ölkələrlə birlikdə təşkilatın daha da inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini əsirgəməyəcəkdir.  Yekun olaraq onu qeyd etmək istərdim ki, cənab Prezidentin liderliyi altında Azərbaycan yaxın gələcəkdə qarşısında duran bütün hədəflərə nail olacaq və  dünyanın sosial rifah ölkəsinə çevriləcək".
Mürtəza
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Dekabr 2024 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri