Icma.az
close
up
RU
“Xalq Kapital” çökür? Dövriyyədə 100 FAİZLİK AZALMA KONKRET

“Xalq Kapital” çökür? Dövriyyədə 100 FAİZLİK AZALMA KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ilin ilk altı ayı “Xalq Kapital İnvestisiya Şirkəti” QSC üçün kəskin azalmanın müşahidə olunduğu dövr olub. Bakı Fond Birjasında aparılan əməliyyatlar ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, bütün sahələr üzrə ciddi geriləmə göstərib.

KONKRET.az xəbər verir ki, ən ciddi eniş Mərkəzi Bankın qiymətli kağızları bazarında qeydə alınıb. Ötən ilin ilk yarısında şirkət bu bazarda 178,5 milyon manatlıq əməliyyat həyata keçirmişdi. Lakin cari ildə bu göstərici cəmi 7,9 milyon manat təşkil edib. Bu, 170,5 milyon manatlıq fərq və təxminən 96% azalma deməkdir.

Dövlət istiqrazları üzrə isə şirkət ümumiyyətlə heç bir əməliyyat aparmayıb. Əgər 2024-cü ildə 19,5 milyon manatlıq dövlət istiqrazı alqı-satqısı baş tutmuşdusa, 2025-ci ilin yanvar–iyun aylarında bu göstərici 0 manat olub. Beləliklə, burada 100%-lik azalma müşahidə edilib.

Korporativ istiqrazlar sahəsində də eniş davam edib. 2024-cü ildə bu bazarda 4,4 milyon manatlıq əməliyyat aparan “Xalq Kapital”, 2025-ci ildə bu göstəricini 1,1 milyon manata qədər azaldıb. 3,3 milyon manatlıq azalma ilə nəticələnən bu geriləmə təxminən 75% azalma deməkdir.

Səhm bazarında isə ümumiyyətlə fəaliyyət dayandırılıb. 2024-cü ildə 272 manatlıq əməliyyat aparılmışdısa da, 2025-ci ilin ilk yarısında bu məbləğ 0-a enib, yəni tam azalma baş verib.

Ümumilikdə, “Xalq Kapital”ın bütün bazarlarda iştirakı nəzərəçarpacaq dərəcədə zəifləyib və 2025-ci ilin ilk altı ayı şirkət üçün aşağı dinamika ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 İyul 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri